Bu yayın dəbi nədir? - Məşhur modelyerdən MƏSLƏHƏT

20 Temmuz 2017
1 992
0
Bu yayın dəbi nədir? - Məşhur modelyerdən MƏSLƏHƏT
Artıq yay fəslinin bir ayını geridə qoyduq. Məlumdur ki, bu fəsillə əlaqədar olaraq havalar da isinib. Nəticə olaraq bu, birbaşa geyimimizə öz təsirini göstərir.

Bir çox xanımlar və bəylər yayda nə geyəcəklərini, çatışmayan hansı libaslar alacaqlarını fikirləşirlər. Bunun üçün də ilk növbədə həmin vaxt dəbdə nələrin olacağı ilə maraqlanırlar. Əbəs yerə deməyiblər ki, gözəllik ondur, doqquzu dondur.

Feat.Az
-ın modern.az-a istinadən məlumatına görə, modelyer Gülnarə Xəlilova xanımlara və bəylərə bu işdə kömək etmək üçün 2017-ci ilin yay dəb rənglərinin hansılar olacağı və bu fəsillərdə hansı tip modellərə üstünlük veriləcəyini açıqlayıb. G.Xəlilova bildirib ki, 2017-ci ilin yay fəslində əsasən pastel tonları dəbdə olacaq: “Son illərdə bir çox rənglər qalıcı təsirini göstərir. Bu ilki mövsümdə də bir sıra rənglər aktualdır. Bunlara pastel tonları daxildir. Məsələn, çəhrayı, mavi rəngin tozlanmış, açıq qəhvəyi tonları hazırda aktualdır. Daha sonra çəhrayı və krem rənginin qarışığı çox maraqlı rəngdir və dəbdədir. Yaşıl rəng təbiətin oyanışını ifadə edir və bu səbəbdən hər zaman öz aktuallığını qoruyub saxlayır. Qızılı, gümüşü tonlar, sarı rəngin bütün tonları bu gün gündəmdədir. Həmçinin qeyd etmək lazımdır ki, qara, ağ və qırmızı rənglərdən nəinki, yayda digər fəsillərdə də hər zaman istifadə olunur”.

Modelyer yay dəbinin geyim formalarından və aksessuarlardan da söz açıb: “Aksessuarlar demək olar ki, həm xanımların, həm də bəylərin vazkeçilməzidir. Bura eynəklər, şlyapalar, qolbaqlar, sırğalar, şərflər, çantalar, ayaqqabılar, kəmərlər daxildir. Bu aksessuarları biz qış-yay istifadə edirik.

Düzdür, adətən gün eynəklərinə yay fəslində müraciət edirdilər. Lakin son zamanlar eynəklərin həm də qış fəslində istifadə edildiyini müşahidə edirik. Yəni bu aksessuar artıq həyatımızın bir hissəsinə çevrilib.
Bununla yanaşı, iri və incə həcmli aksessuarlar dəbdədir. Məsələn, istifadə etdiyimiz bijuteriyalar, zinət əşyaları geyimə görə dəyişir. Çox sadə geyimlərdə iri həcmli, gözəgəlimli aksessuarlardan istifadə etmək olar, amma geyim daha al-əlvan olarsa, bu zaman aksessuar seçiminə diqqət etmək lazımdır.
Geyim formalarına gəldikdə isə bu, zövqə görə dəyişir. Dizin üstündə və ya altında, həmçinin yerə qədər olan uzunluqlu geyim formaları mövcuddur. Üslublar dəyişdikcə, zövqə görə geyimlərdə qalınlıq, uzunluq, genişlik fərqli ola bilər. Artıq dizaynerlər də dəbdə olan üslubları elə formada təqdim edirlər ki, alıcılıq qabiliyyəti güclü olsun.

Çünki bütün dünyada iqtisadi problemlər öz sözünü deyir. Əlbəttə ki, bu gün onlar istehsal etdikləri aksessuarların, geyimlərin daha çox satılmasını istəyirlər. Bu baxımdan mağazalarda hər bir zövqə uyğun çanta, ayaqqabı, aksessuar, yəni hər üslubda geyimlər mövcuddur. İstehlakçılara rahat seçim haqqı verilib”.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.