Uwag agli(((

28 Ekim 2014
1 534
0
Uwag agli(((

Uwag agli(((


Bir nəfərin televizoru xarab olur və təmir üçün evə usta çağırılır. Usta təmir üçün televizorun arxasını açdıqda qəribə bir mənzərənin şahidi olur. Televizorun arxası çörək qırıntıları ilə dolu idi və nasazlıq da qırıntılarla bağlı idi. Evdə isə ata-anadan başqa 4 yaşlı qız da yaşayırdı və valideynlər ondan şübhələnirlər. Fikirləşirlər ki, bu işi qızcığazdan başqa heç kim edə bilməz. Haqqını alan televizor ustası gedəndən sonra valideynlər qızlarından məsələni soruşurlar. Qız əvvəl boynuna almaq istəmir, sonra isə hönkür-hönkür ağlamağa başlayır. Məlum olur ki, uşaq ekranda ac uşaqları gördükcə mətbəxdən çörəkləri gətirir və televizorun arxasındakı dəliklərdən içəri atırmış...(c)


P.S:Kawki bezilerimiz hec olmasa bunu duwunecek qeder insafli olsalar(((
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.