Dabanlı ayaqqabılarla fərqli olmağın - SİRLƏRİ
Feat.Az dabanlı ayaqqabı ilə fərq yaratmağın sirlərini təqdim edir.
Kiçik addımlar böyük fərqlər
Cool olmağın ilk sirri rahat olmaqdır. Elə deyil mi? Dabanlı ayaqqabı ilə yeriyərkən də bu rahatlığı qazanmaq üçün iri addımlar atmaq yerinə, kiçik addımlar atın.
Cizgini izləyin
Dabanlı ayaqqabılarla yerimək bir sənətdir. Dabanlı ayaqqabı ilə yeriyərkən sanki bir cizgini izləyirmiş kimi yeriyin.
Cəsur olun
Tərzinizi cəsur bir şəkildə yansıtmanız mütləqdir. Dabanlı ayaqqabılarınız və geyim tərziniz, aksessuarlarınız ilə siz bütünsünüz və bu imic sizi xoşbəxt edirsə, qalan hər şey əhəmiyyətsizdir. Qarderobunuzu açarkən rahat olun. Dabanlı ayaqqabını seçərkən də sərhədləri aşan seçimlər etməkdən çəkinməyin. Rahat olun, tabuları yıxın.
Tərzinizi yansıdın
Geyim tərzi olaraq seçdiyiniz konseptlərdə dabanlı ayaqqabı mühüm bir tamamlayıcıdır. Yüksək bel bir geyimi gözə xitab edən və uyğun rəngdə bir stilletto ilə kombinlədiyiniz kimi, ekose ətəklər üçün də açıq tonlarda bir dabanlı ayaqqabı seçə bilərsiniz.
İdeal dabanlı ayaqqabı qəlibini seçin
Ayaqqabı seçərkən nömrəsinə mütləq diqqət edin. Qəlibi sizə böyükdürsə, ortopedik ayaqqabı pedləri istifadə edin.
lent.az