Arıqlamağa kömək edən, ürəyi qoruyan, xərçəngi müalicə edən ƏDVİYYAT

Arıqlamağa kömək edən, ürəyi qoruyan, xərçəngi müalicə edən ƏDVİYYAT
Alimlər yeni araşdırma zamanı aşkar ediblər ki, darçın orqanizmdə piyin yığılmasını ləngidir və ürək xəstəliklərinin riskini azaldır.

Deccan Chronicle xəbər verir ki, alimlər bunu siçovulların üzərində aparılmış eksperimentlər nəticəsində aşkar ediblər. 12 həftə ərzində siçovullara yağlı qidalar verilirdi. Bu müddət ərzində siçovulların bir qrupunun qidasına darçın əlavə olunurdu, digər qrupuna yox.

Eksperimentin sonunda məlum olub ki, darçın alan siçovullar daha az çəki yığıb və onların qarnında piy qatı daha azdır. Həmçinin onların qan analizlərində olan şəkər, insulin, yağların səviyyəsi daha aşağıdır.

Bundan əvvəl keçirilmiş araşdırmalar göstərib ki, darçın beyini demensiya (ağıl zəifliyi) və Parkinson xəstəliyinən qoruyur, kolorektal xərçəngin müalicəsində kömək edir, ürəyin sağlamlığına müsbət təsir edir.

Darçını istənilən qidalara və içkilərə (çay, qəhvə) əlavə etmək olar. Darçını toz şəklində deyil, borucuqlar şəklində alin. İstifadə etdikdən əvvəl darçının kiçik tikəsini kəsin və qida və ya içkiyə əlavə edin.
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.