Qida zəhərlənməsi zamanı nə etməli? - İLK YARDIM

20 Eylül 2021
1 503
0
Qida zəhərlənməsi zamanı nə etməli? - İLK YARDIM
Son zamanlar paytaxtda və bölgələrdə qida zəhərlənmələrinin sayı artıb. Hətta bu zəhərlənmələr kütləvi xarakter daşıyır. Bəs görəsən qida zəhərlənmələrinə səbəb olan amillər hansılardır? Ümumiyyətlə, zəhərlənmənin əlamətləri nədir və zəhərlənən adama ilkin tibbi yardımı necə etmək olar?

Feat.Az
bildirir ki, Bununla bağlı ailem.az-a danışan Kliniki Tibbi Mərkəzin Yoluxucu şöbəsinin müdiri Gülnarə Babayeva bildirdi ki, zəhərlənmələrin ilk səbəbi əksər insanların düzgün qida mədəniyyətinin olmamasıdır: “İkincisi, daim sanitar-epidemioloji nəzarətdə olan normal satış müəssisələrindəki, market və kafelərdəki qidalardan istifadə etməmələridir. Digər səbəb isə xroniki mədə-bağırsaq problemi olan insanların yediklərinə diqqət etməmələridir. İstər hazır qida olsun, istərsə də hansısa meyvə-tərəvəz fərq etməz. O artıq bilməlidir ki, xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola biləcək həmin qidaları yemək olmaz”.

Zəhərlənmənin ilkin əlamətlərindən danışan həkim bildirdi ki, əgər bir ailədə bir qidadan 3-4 nəfər yeyibsə və həmin şəxslərdən ikisində eyni şikayətlər müşahidə edilərsə, bu, zəhərlənmənin ilkin əlaməti ola bilər: “Həmin qidanı yedikdən 30 dəqiqədən bir sutkaya qədər müddət ərzində ürəkbulanma, qusma, mədəaltı nahiyədə, qarın nahiyəsində ağrılar, bəzən də ishal əmələ gəlirsə, buna qida zəhərlənməsi demək olar. Yaxud da zəhərlənən şəxs hansısa qidaları qarışdırıb, yaxud onda xroniki narahatlıq varsa, yediyi hansısa qida da onda zəhərlənmə üçün təkan rolunu oynayıb”.

G.Babayeva qeyd edir ki, çox zaman qida zəhərlənmələrinə səbəb olan evdə hazırlanan mayonezli salatlardır: “Mayonez, xama ilə evdə hazırlanan salatlar mütləq həmin gün ərzində yeyilməlidir. Amma bu cür salatları xeyli miqdarda tədarük ediblərsə, onda bu gün nə qədər istifadə edəcəklərsə, o qədərinə xama qatsınlar. Digər hissəsini şüşə qablarda soyuducuya qoyaraq, daha sonra yeməzdən 5-10 dəqiqə əvvəl istifadə edəcəkləri qədərinə xama vuraraq yeyə bilərlər. Təəssüf ki, belə etmirlər, çox miqdarda hazırlayırlar, saxlama qaydasını gözləmirlər, nəticədə salat turşuyur və qida zəhərlənməsinə səbəb olur. Bununla yanaşı hisə verilmiş balıq məhsulları, turşular normal steril vəziyyətdə hazırlanmayıbsa, ağır qida zəhərlənməsi olan batulizmə səbəb ola bilər. Ümumiyyətlə, məsləhət görülür ki, evdə hazırlanan turşulardan istifadə etməsinlər”.

Həkim onu da vurğuladı ki, zəhərlənmədən şübhələndikdə həkimə müraciət edənə qədər su qəbul edərək, qusmağa çalışsınlar. İlk olaraq, mədə-bağırsağı yumaq - çoxlu miqdarda sodalı, ya marqanslı su içmək , bağırsağı təmizləyici imalə etmək lazımdır: "Əgər bu, mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib, onu 1 stəkan suya qatıb içsinlər. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin qarşısı alınır. Əgər görsələr ki, bunun heç bir xeyri yoxdur, dərhal təcili yardım çağırılmalıdır. Çünki zəhərlənmə inkişaf etdikdə onu ev şəraitində müalicə etmək məsləhət deyil. Bu zaman çox pis ağırlaşmalar baş verə bilər”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.