“MasterCard” Azərbaycana qarşı yanlışlığı aradan qaldırdı

01 Kasım 2014
1 254
0
“MasterCard” Azərbaycana qarşı yanlışlığı aradan qaldırdı
“MasterCard” Azərbaycana qarşı yanlışlığı aradan qaldırdı

Azərbaycanlıların həm ölkədə, həm də xaricdə göstərdikləri səylər nəticəsində “MasterCard” şirkəti işğal olunmuş Azərbaycan şəhərlərinin adlarını “Ermənistan” bölməsindən çıxarıb.

Xatırladırıq ki, “MasterCard” bankomatların axtarışı bölməsində Xankəndi, Şuşa, Əskəran şəhərlərini səhvən “Ermənistan” bölməsində yerləşdirmişdi. Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı və Azərbaycan diasporu icmaları “MasterCard”a müraciət edərək şirkətin saytındakı səhvi dərhal aradan qaldırmağa çağırıblar.

ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ-dakı Azərbaycan icması arasında kampaniya keçirib. Məktubda şirkətin özünün etik və hüquq normalarını pozduğu bəndlər göstərilib. Kampaniyada yüzlərlə azərbaycanlı iştirak edib. Bu gün saytdakı səhv aradan qaldırılıb.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.