Körpənizi bu qidalardan qoruyun!

01 Kasım 2014
1 427
0
Körpənizi bu qidalardan qoruyun!
Körpənizi bu qidalardan qoruyun!

Körpələr 6 ayına qədər mütləq ana südü ilə qidalanmalıdırlar. Bundan sonra isə südlə paralel digər qidalar qəbul edilə bilər. Ancaq valideynlər bu dövrdə diqqətli olmalıdırlar. Bəzi məhsullar körpələr üçün təhlükəlidir. Yumurta həm uşaqlar, həm də böyüklər üçün faydalı qida sayılır. Ancaq körpələrə yumurta yedizdirmək olmaz. Pediatr Günel Zeynalova valideynləri diqqətli olmağa səsləyir:

"Yumurtanın ağı proteindir, zülaldır. Zülallar çox güclü allergienlər olduğu üçün uşaqda demək olar ki, həzm getmir. Güclü allergik reaksiyalar törətdiyi üçün 1 yaşa qədər uşağa yumurta ağı vermək məsləhət deyil"

Şəkərli məhsullar isə körpələrdə iştahasızlıq, ürək-damar xəstəlikləri yarada bilər. Xüsusilə bal 1 yaşa qədər uşağa verilməməlidir. Bal çox güclü allergiyaya, zəhərlənməyə səbəb olur, öd, mədəaltı vəz və qaraciyəri həddindən artıq yükləyir. Bu xəbərdarlıq xüsusən əmziyi bala batırıb uşağın ağzına qoyan valideynlərə aiddir.Pediatr məsələ haqda belə danışır:

"Şirin məhsul çeynənilir. Dalınca qida gəlmir. Mədəyə qida düşmür. Mədənin turşuluğu artır. Bu da qastrit kimi xəstəliklər yarada bilər"

Marqarin və heyvan məşəli yağlar körpənin 9 ayına qədər qadağandır. Allergik reaksiya verən digər qidalar pomidor və qozdur. Uşağa 9 ayına qədər pomidor verilməsi məsləhət deyil. Qoz isə körpələrin mədəsində tam həzm olunmur. Yalnız 1 yaşdan sonra gündə 1 qoz ləpəsi yaxşı əzilmiş formada verilə bilər. Günel Zeynalova inək südünüdə körpə qidası üçün məsləhət görmür:

"İnək südünün tərkibindəki maddələr, zülal və protein ana südündən fərqli olaraq çox çətin həzm olunur və çoxlu allergik reaksiyalar törədə bilir"

Dəniz məhsulları körpəyə 9 aydan sonra yedizdirilə bilər. Uşaqlarda ağız dadının formalaşması üçün 6 aydan sonra qidalara duz əlavə edilə bilər. Pediatr duzdan az istifadəni məsləhət görür:

"Uşağın hələ tam fəaliyyət göstərə bilməyən böyrəklərində çoxlu miqdarda duzun toplanması gələcəkdə böyrək daşı xəstəliklərinə gətirib çıxara bilər. İkinci tərəfdən duz orqanizmdə mayeni ləngitdiyi üçün gələcəkdə bu uşaqlar arterial təzyiqin yüksək olmasına meyillilik yarada bilər."

Həkimlər məsləhət görür ki, qeyd olunan qidaların əvəzinə körpəyə 6 ayından başlayaraq tərəvəz pureləri və sıyıq, 7-8 ayından isə şorbalar yedizdirilsin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.