Qorxulu filmlərin uşaqlarda fəsadları

01 Kasım 2014
1 586
0
Qorxulu filmlərin uşaqlarda fəsadları
Qorxulu filmlərin uşaqlarda fəsadları

Uşaqların dırnaq yeyə-yeyə qorxulu filmə baxmağı yəqin ki, hər bir ailəyə tanış mənzərədir. Bəlkə də çoxlarımız bunun fəsadlarının nə qədər ağır olduğunun fərqində deyilik. Mütəxəssislər isə valideynlərə xəbərdarlıq edir. Bu hal uşaqların şəxsiyyət kimi formalaşmasına bir başa mənfi təsir edir.

Bədii fantastik, qorxu filmləri biryana, bəzən çizgi filmləri belə dəhşət, aqresiya və qorxu saçır. hansı ki bir başa uşaqların seyr etməsi üçün nəzərdə tutulub. Psixoloq Narınc Rüstəmova deyir ki, bu cür filmlər uşaqların gələcəkdə şəxsiyyət kimi fırmalaşmasına mənfi təsir edir:

“Xüsusən 6 yaşınadək olan uşaqlar qorxulu filmlərə baxdıqda daxilən qorxaq olurlar. Ancaq özlərini güclün göstərməyə çalışırlar. Kinoda yüksəklikdən tullanmaq səhnəsi varsa onu reallaşdırmapa çalıdırlar. Evdə bacıların qarşı aqresiv olurla. Filmdə gördüyü alətlərə evdə özlərinə, valideynlərinə tətbiq etməyə çalışırlar”

Uşaqların valideynlərinə bacı və qardaşlarna qarşı aqresiv davranmasının əsas səbəblərindən biri də məhz bu cür filmlərdir. ən təhlükəlisi də odur ki bu həmin uşaqların xarakterinə siyarət edir və o yeniyetmə və gənc yaşlarında da aqresivlikdən qurtula bilmir həm də pis vərdişlərə meyilli olur. Psixoloq valideynlərə xəbərdarlıq edir:

“Yetkinlik yaşına çatan uşaqlarda pis vərdişlər, yəni siqarət çəkmək,alkoqol içmək kimi halların olmasına səbəb olur. Belə uşaqlar elə iş həyatında gələcəkdə də bütün problemlərə konfliktlə həll etməyə çalışır. Adi bir məsələni döyərək, vurararaq həll etməyə istəyirlər.”

Bununla mübarizədə isə ən böyük məsuliyyət yenə valideynlərin üzərinə düşür. yəni onlar uşaqlarım cizgi filminə yaxud uşaq filmlərinə baxıb üzərindən keçməməlidirlər. həmin filmlərin motivinə xüsusi ilə diqqət yetirməlidirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.