Sabahdan hava kəskin pisləşəcək

01 Kasım 2014
1 655
0
Sabahdan hava kəskin pisləşəcək
Sabahdan hava kəskin pisləşəcək

Sabah Azərbaycanda qeyri-sabit, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz olacağı, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, aradabir yağış yağacaq, gecəyə doğru yağıntılı olacaq, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru isə 5 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində noyabrın 2-də hava yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.