Oğru yeniyetməyə 14 il iş verdilər

02 Kasım 2014
1 178
0
Oğru yeniyetməyə 14 il iş verdilər
Oğru yeniyetməyə 14 il iş verdilər

Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən, Yevlax sakini, 2000-ci il təvəllüdlü Nazim Bəkirovun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Lent.az-ın verdiyi məlumata görə, hakim Əlisultan Osmanov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən 14 yaşlı N. Bəkirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Yasamal və Nəsimi rayon Polis İdarələrinin əməkdaşları Mədinə Ağcayevaya məxsus mağazadan 630 manat pul, danışıq kartları və tütün məmulatını, Şirzad İbrahimovun cibindən isə 450 manat pul oğurlamış Yevlax rayon sakini Nazim Bəkirovu saxlayıblar.

İstintaqla müəyyən edilib ki, o, ötən il dekabrın 28-də Rəşad Abdullayevə məxsus "VAZ-2107” markalı avtomobildən 1200 manat, maqnitafon və görüntü kamerası, Arzu Allahverdiyevanın gözəllik salonundan 200 manat pul, Sahib Muxtarova, Ramil Abbasova, Şamil Namazova və Aqil Abbasova məxsus mağazalardan pul və ərzaq məhsulları oğurlayıb
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.