Dostumsan, yoxsa sevgilim?
Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara bu yazıda cavab tapın.
— Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.
— Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.
— Özəl günlərdə sizə daha özəl davranması yaxınlıq dərəcənizi artırdığını göstərə bilər.
— Son anda harasa getməklə bağlı proqram qurursa və daha əvvəldən getməyi planlaşdırdığı yerə sizi də dəvət edirsə, sadəcə dostsunuz. Ancaq həftənin əvvəli zəng edib digər həftə üçün sizinlə birgə həftəsonu proqramı hazırlayırsa, sevgili olmaq ehtimalınız yüksəkdir.
— Siz zəng etdiyinizdə artıq bir planının olduğunu deyirsə və gedəcəyi yerə sizə də dilucu dəvət edirsə, deməli, dostsunuz. Ancaq dostları ilə qurduğu planı təxirə salaraq, gəlməyiniz üçün sizə təkid edirsə, sevgili olmaq şansınız yüksəkdir.
— Birlikdə ikən keçmiş sevgililərdən söz açırsa, sevdiyi qız haqqında sevgiylə danışırsa, sadəcə dostsunuz. Amma keçmiş sevgililərdən söhbət düşdükdə mövzudan yan keçirsə, sevgili olmaq ehtimalınız böyükdür.
— Məktəbdəki, iş yerindəki uğurunu və ya hər hansı bir sevincini başqalarından eşidirsinizsə, sadəcə dostsunuz. Tam əksi, həyatındakı ən kiçik dəyişikliyi belə, zəng edib sizə xəbər verirsə, sevgili olmaq şansınız var.
— Ayda bir-iki dəfə görüşürsünüzsə, hər dəfə də siz zəng edib görüş təklif edirsinizsə, dostsunuz. Hər gün ən az bir dəfə zəng edirsə, bəhanə edib mesaj yazırsa, sevgili olmaq üstünlüyünüz çoxdur.
— Xəstə olduğunuzdan başqasından xəbər tutursa, sadəcə telefonla zəng edib bir neçə kəlməylə ötüşdürürsə, dostsunuz. Sizi özəl hiss etdirəcək şəkildə həkimə yönəldirsə, sevgili olmaq şansınız yüksəkdir. Kişilərin çox vaxt özəl hiss etdirdikləri xanım sevgili olmaq istədikləri şəxsdir.
— Xarici ölkəyə səfər etdiyini başqasından eşidirsinizsə, dostsunuz. Amma bunu sizə əvvəldən xəbər veribsə və gəlməyəcəyinizi bilə-bilə dəvət edirsə, böyük ehtimalla sevgili olmaq yolundasınız.
— Söhbət sevgidən düşəndə “uzun müddətli münasibətə hazır deyiləm, mənə belə rahatdı” kimi cümlələr qurursa, dostsunuz. Ancaq qapını aralamaq istəyirmiş kimi sevginin hər zaman lazımlı olduğunu və uyğun birini tapmağın çətin olduğunu deyirsə, onun üçün dostdan da artıqsınız.
— Sadəcə sizi əsəbiləşdirmək üçün sevmədiyiniz zarafatları edirsə, kobudlaşırsa, arqo ifadələr işlədəcək şəkildə çox rahat danışırsa, dostsunuz. Əksinə, xoşunuza gəlməyən şeyləri təkrarlamırsa, hər kəlməsinə diqqət edirsə, xoş davranmağa çalışırsa, sevgili olmaq şansınız yüksəkdir.