Azərbaycanda daha bir hava limanı tikiləcək

02 Kasım 2014
1 484
0
Azərbaycanda daha bir hava limanı tikiləcək
Azərbaycanda daha bir hava limanı tikiləcək


Yaxın gələcəkdə Ələt qəsəbəsində yeni aeroport tikiləcək. Bununla yanaşı Ələt qəsəbəsində digər böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Xezerxeber.com xəbər verir ki, bunu açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Bakının gələcək planı”-da yer alan yeniliklər barədə danışarkən deyib.

“Bakının gələcək planında nəzərdə tutulmuşdu ki, gəmi təmiri zavodları Qaradağ rayonuna köçürülsün. Həmin plana əsasən Qaradağ rayonunda yerləşən Ələt qəsəbəsinin də inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, onun cənub hissədində bir aeroportun tikintisi planlaşdırılıb. Layihə ondan ibarətdir ki, Ələti logistik mərkəzə çevirək. Həmin logistik mərkəz təkcə yerli əhəmiyyətli olmayacaq, həmçinin beynəlxalq əhəmiyyətli olacaq. Eyni zamanda, bu layihə Abşerondakı ekoloji durumu da yaxşılaşdıracaq və Bakıda insan sıxlığının da qarşısını alacaq”.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.