Əlimizdəki inanılmaz sirr: dırnaqlarımız bizə nə mesaj verir?

03 Nisan 2018
1 611
0
Əlimizdəki inanılmaz sirr: dırnaqlarımız bizə nə mesaj verir?
Baxımlılıq və gözəlliyin göstəricisi olan dırnaqlar xəstəliklərin də xəbərçisidir.

Feat.Az
lent.az-a istinadən dırnaqlarda baş verən dəyişikliklərin nədən xəbər verdiyi ilə bağlı məlumatları təqdim edir.

Solğun dırnaqlar. Dırnaq ətiniz çox ağdırsa, anemiya (qan xəstəsi) olmaq ehtimalınız var. Solğun dırnaqlar qaraciyər və şəkər xəstəliyin də əlaməti ola bilər.

Saralmış dırnaqlar. Saralmış, qalınlaşmış dırnaqlar göbələk infeksiyalarının xəbərçisidir. Bu infeksiyalar dırnaq yataqlarına yerləşir və çox da asan müalicə edilmir.

Çuxurlaşmış dırnaqlar. Dırnaqlarda yaranan çuxurlar sədəf xəstəliyinin göstəricisi ola bilər. Sədəf xəstəliyi zamanı dırnaq yatağında hüceyrə yuvaları yaranır. Bu da dırnağın üst təbəqəsinin pozulmasına və çuxurların yaranmasına səbəb olur.

Ağ xətlər. Dırnaqlar üzərində yaranan ağ xətlər böyrək xəstəliyi, qaraciyərlə bağlı problem, protein və digər qida elementlərinin əskikliyinin göstəricisidir.

Göyərmiş dırnaqlar. Göyərmiş dırnaqlar dırnaqların havasız, oksigensiz qaldığının əlamətidir. Bu, tənəffüs və ya damar xəstəlikləri ilə əlaqəli ola bilər. Dırnaqlardakı göyərti getməzsə, həkimə müraciət edib tənəffüs fəaliyyətinizi yoxlatdırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET