Cazibədar qadın olmaq üçün nə etmək lazımdır?

03 Kasım 2014
7 061
0
Cazibədar qadın olmaq üçün nə etmək lazımdır?
Cazibədar qadın olmaq üçün nə etmək lazımdır?

Kiçik detallarla hamının diqqətini üzərinizə çəkib seksual qadın ola bilərsiniz. Seksual görünmək və bəyənilmək qadınların ən böyük istəklərindən biridir. Seksual görünməyin 10 yolun Feat.az saytı sizə təqdim edir:

Dolğun dodaqlar

Angelina Jolie, Rihanna və Adriana Lima

Yuxarıda adları çəkilən məşhurlar sizcə, sahib olduqları seksi görüntünü nəyə borcludur? Əlbəttə ki, dolğun dodaqlara! Dolğun dodaqlı qadınlar kişilər tərəfindən hər zaman daha cazibəli hesab olunub. İncə dodaqları olan qadınlar heç kədərlənməyin çünki tünd rəngli dodaq boyası ilə onların daha dolğun görünməsini təmin edə bilərsiniz.

Ehtiraslı baxışlar

Dumanlı göz makiyajı, gözləri iri görtərməyin ən gözəl yollarından biridir. Üstəlik baxışlara qəmli və ehtiraslı göstərir. Dumnalı baxışların kişilərin üzərində təsiri olduqca böyükdür.

Tül detalları olan geyimlər

Tül heç zaman dəbdən düşmür və hər qadının cazibədarlığını önə çıxara bilir. Tülün hansı geyim əşyasının üzərində olmasının əhəmiyyəti yoxdur. Çünki tülün hansı geyim əşyasının üzərində olmasından asılı olmayaraq kişilərə təsiri böyükdür.

Geyimdəki dekoltelər

Geyimdə çox açıq olmayan dekoltelər kişilərin ağlını başından ala bilir. Daha seksi görünmək istəyirsinizsə, busqalterlərin də üzərində maraqlı detalların olmasına diqqət edin. Həm də dekolte bölgəsinə bir az bədən üçün parladıcı vursanız, yaxşı olar.

Başdan çıxaran parfümlər

İnsanların çox olduğu yerdə və hansısa məkanda seçilməyin ən yaxşı yolu parfümdür. Qoxuların kişilər üzərində təsiri olduqca böyükdür. Düzgün seçilmiş bir ətirlə kişini yoldan çıxarmaq daha asan olacaq. Kişilərin ən çox sevdiyi qoxular bunlardır: portağal, vanil, gül və ya lavanda.

Uzun saçlar

Kişilər uzun və gözəl daranmış saçların xəstəsidir. Həmçinin də uzun saçlar qadını daha seksi göstərir. Bu xanımdan uzun saçlar kişiləri daha çox özünə cəzb edir. Çiyinin bir tərəfi açıq olan geyimlərdə isə yığılmış saçlar daha məqsədə uyğundur.

İpək saçlar

Kişilərin başını döndürən və diqqətini çəkən vacib detallardan biri də ipək kimi yumşaq, parlaq və baxımlı saçlardır. Buna görə də saçlar hansı formada və hansı rəngdə olmasından asılı olmayaraq hər zaman gözəl görünməlidir.

Aksessuar seçimi

Aksessuar geyimi tamamlayır. Fərqli bir papaq, boyunbağı ya da orijinal bir üzüklə geyimi daha cazibədar edə bilərsiniz. Ancaq bir rəngdən ibarət geyim geyinmisinizsə, parlaq və qalın boyunbağı taxa bilərsiniz. Bu halda həm geyim, həm də siz daha şarmlı görünəcək.

Hündürdaban ayaqqabı

Qadını cazibədar göstərən ən vacib aksessuarlardan biri də hündürdaban ayaqqabılardır. Çünki bu zaman daha uzun görünürsünüz. Kişilər isə uzun ayaqlı xanımları çox bəyənir.

Qırmızı rəng

Diqqət mərkəzində olmaq istəyirsinizsə, mütləq qırmızı rəngdə paltar geyinin. Həm də bu rəng qadınları çox cazibədar göstərə bilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.