İŞİD-dən qadın qətliamı.
İŞİD terror qruplaşması İraqda 150 qadını edam edib.
Feat.az-ın ANS PRESS-ə istinadla verdiyi xəbərə görə, İraq hökümətindən verilən açıqlamada bildirilir ki, qadınlar terrorçuların cinsi əlaqədə olmaq təklifini rədd edildiyi üçün öldürülüb.
Məlumatda bildirilir ki, öldürülən qadınların bəziləri hamilə olub. Öldürülən qadınlar kütləvi məzarlıqda dəfn olunub. Onların cəsədləri Əl-Anbar vilayətində tapılıb. İraq höküməti öldürülmüş qadınları dəfn edib.
Qeyd edək ki, İŞİD müxtəlif ölkələrdən qadınııarı da sıralarına cəlb edib, yaraqlılara cinsi xdməti təşkil etmək üçün seks-cihad adı altında sosial şəbəkələrdə təbliğat aparır.