İbn Sinadan ürəyi qorumaq üçün TÖVSİYƏLƏR

08 Haziran 2018
1 250
0
İbn Sinadan ürəyi qorumaq üçün TÖVSİYƏLƏR
Dahi Şərq alim və həkimi İbn Sina (Avisenna) ürəyi bədənin əsas orqanı hesab edirdi.

Alimin fikrinə görə, ürəyə ziyan vuran əsas amillər bunlardır: çətinləşmiş nəfəsalma, iztirablar, sarsıntılar, ümidsizlik, yuxusuzluq və gərgin fasiləsiz iş.

İbn Sinanın ürəyin sağlamlığını qorumaq üçün verdiyi tövsiyələr bu gün də çox aktualdır.

Feat.Az dahi alimin bəzi məsləhətləri ilə sizi tanış edir.

1. Fiziki aktivliklə məşğul olun. Lakin bu aktivlik çox gərgin deyil, orta olmalıdır.

Müasir araşdırmalar da göstərir ki, ağır idman növləri ilə məşğul olmaq, uzunmüddətli ağır məşqlər ürək və damarlara ziyan vurur, əksinə isə daha sadə fiziki aktivlik (piyada gəzmək, üzgüçülük, velosiped sürmək və s.) ürək və damarların sağlamlığını qoruyur.

2. Sevin. İbn Sina sevgini ürəyin sağlamlığı üçün çox vacib hesab edirdi.

3. Yüngül yeməklərə üstünlük verin, çox yeməyin.

4. Hil, gizilgül suyu, alma, limon ürəyə fayda verir.

5. Güllərin, xüsusilə qızılgülün qoxusu ürəyi möhkəmləndirir.

6. Qızıl, gümüş, yaqut, firüzə, kəhrəba, mirvari ürəyə güc verir.

7. İpəkdən olan paltarlara üstünlük verin.

saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.