İsti çay xərçəng yaradır - Bunları bilmək xeyirlidir

19 Temmuz 2018
1 186
0
İsti çay xərçəng yaradır - Bunları bilmək xeyirlidir
Bəzən gün ərzində orqanizmimizdə baş verən dəyişikliklərin ciddi fəsadları olduğunu dərk etmirik.

Feat.Az
axşam.az-a istinadən sizlərə maraqlı məsləhətləri təqdim edir:

İsti çay xərçəng yaradır

İran mütəxəssislər, sübut ediblər ki, qaynar çay içən insanların 80 faizində qida borusu xərçəngi əmələ gəlir. 48 insan arasında aparılan araşdırma mütəxəssislərin qənaətini təsdiqləyib.

Qəbizliyə qarşı məlhəm

1 litrlik bankanın 2/3 hissəsinə sürtgəcdən keçirilmiş soğan tök. Üzərinə banka dolana qədər araq əlavə edib, 10 gün saxla (hər gün bankanı silkələ). Gündə 1 dəfə, yeməkdən əvvəl bu məlhəmdən 10 damcı içmək qəbizliyin qarşısını alacaq.

Ayaqları revmatizmadan xilas et

Yarım stəkan ağ turp şirəsini, arağı, 1 xörək qaşığı duzu və 1 stəkan balı qarışdır. Bu məlhəmi revmatizma ağrıları olan hissəyə çək.

Öskürəyi əncirlə sağalt

4 ədəd quru ənciri 1 stəkan qaynar südün içinə atıb, 20 dəqiqə saxla. Bu məlhəmdən gündə 4 dəfə isti halda içmək öskürəyin qarşısını alır.

Şəkərlə mübarizə apar

Şəkər xəstəliyi əleyhinə bir çox otlar, dərmanlar, vasitələr mövcuddur. Onların siyahısına ən effektlisini əlavə etsəniz, peşman olmazsınız: dəstərək bitkisi (veronika). Bu bitkinin tərkibindəki möcüzəli qüvvə mədəaltı vəzinin funksiyasını yaxşılaşdırır, qandakı şəkərin miqdarını qaydasında saxlayır.

Məlhəmi hazırlamaq üçün:

1 stəkan qaynar suya 1 xörək qaşığı dəstərək otundan töküb, 15 dəqiqə saxla. Bu məlhəmdən gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı için.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.