Bunları bilmək səhhətinizə xeyirdir

04 Ağustos 2022
1 241
0
Bunları bilmək səhhətinizə xeyirdir
Sağlamlığımızla bağlı hər zaman bəzi problemlər yaşayırıq. Bəzən bu problemlər keçici olur, bəzən isə tez-tez təkrarlanır.

Feat.Az
xarici KİV-ə istinadən xəbər verir ki, aşağıdakıları bilmək sizə kömək olacaq:

Ürəkbulanma
· Uzaq yola çıxarkən və ya gün vurarkən ürəyin bulanarsa, zəncəfili suya qatıb iç.

· Badrənc (melissa) otundan 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 5 saat saxla. Gün ərzində 4-5 dəfə yeməkdən əvvəl bu qarışıqdan 100 qram qəbul et.

Vərəm bakteriyalarına yoluxmamaq üçün

Vərəm xəstəliyini yaradan viruslar insanların üçdə birində mövcuddur. Hər il milyonlarla insan bu xəstəlikdən dünyasını dəyişir. Ən təhlükəli xəstəlik hesab edilən vərəm yoluxucudur. Vərəmə yoluxmamaq və ondan qurtulmaq üçün aşağıdakı məlhəmdən istifadə edin.

· 30 qr. tozağacı yarpağından, 30 qr. ikiləpəli gicitkəndən, 10 qr. bataqlıq ladonundan (baqulnik), 30 qr. ballıcadan, 20 qr. kəklikotundan, 20 qr. qatırquyruğundan götürüb qarışdır. 1 stəkan suya 1 xörək qaşığı qarışıqdan töküb, 10 dəqiqə qaynat. Gün ərzində bu qarışıqdan iç.

Velosiped sonsuzluq yaradır

Amerikanın Boston universitetinin mütəxəssisləri maraqlı bir araşdırma aparıblar. Müəyyən olunub ki, çox velosiped sürmək kişilərdə sonsuzluq əmələ gətirir.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET