Eşq acısı, siqaret asılılığı... - Bunlardan 1 saata xilas olmağın YOLLARI

03 Ağustos 2022
1 651
0
Eşq acısı, siqaret asılılığı... - Bunlardan 1 saata xilas olmağın YOLLARI
Terapevt Pol Emeri iddia edir ki, "Kvant Emosional və Fiziki Terapiya" (KEFT) nəzəriyyəsi ilə stress, qorxular, depressiya, siqaret asılılığı, eşq acısı və yemək istəyi kimi problemlər 85 faiz uğurla aradan qaldırıla bilər.

Terapevt iddia edir ki, Kvant Emosional və Fiziki Terapiyası ən son elmi kəşflərə, psixologiyaya və fəlsəfə elminə, dünyanın hər yerində minlərlə insanın üzərində sınanmış nəticələrə və rəylərə əsaslanıb.

Feat.Az xəbər verir ki, dünya şöhrətli model Keyt Moss və Monako Şahzadəsi Ernst Avqust onun xəstələri olub.

Terapevtin nəzəriyyəsi və müalicə üsulları haqqında danışdığı müsahibəsini təqdim edirik:

- Kvant Emosional və Fiziki Terapiyasının (KEFT) qurucususunuz. Bizə bu üsuldan bir az bəhs edə bilərsiniz?

- KEFT psixo-duyğusal, meridian enerjisinə əsaslanan ruhi-əsəb müalicəsidir. Sadə bir sözlə desək, bu xüsusi toxunuş beynin duyğu/acı mərkəzi olan amiqdalada qəbuledicilərin çıxarılmasını hədəfləyən və bunu asanlaşdıran müəyyən hormon ifraz edərək beyində qüvvətli delta dalğası yaradır. Beynin duyğu mərkəzindəki amiqdala qəbulediciləri arzuolunmaz duyğuların aktivləşdirilməsindən cavabdehdir. Bu mərkəzdə yerləşən qəbulediciləri hədəf aldıqda və dəf etdikdə arzuolunmaz duyğu tamamilə yox olacaq.

- Bu texnikanın digərlərindən fərqi nədir?

- Başlıca fərqi odur ki, adətən çox sürətli təsir göstərir. Texnikanın hər zaman və hər yerdə insanların özləri tərəfindən tətbiq edilə bilən olması da digər üstünlüyüdür. Müraciət edən xəstələrə ən təsirli texnikaları, istəsələr, bunları sevdiklərinə və ya dostlarına tətbiq etməyi öyrədirəm!

- Nə cür problemləri həll edirsiniz?

- Stress, gərginlik, həyəcan, qəzəb, kədər, yas, günah və qorxu hissi, məyusluq, depressiya, eşq ağrısı, yemək istəyi, köklük, siqaret, boyun, çiyin, kürək ağrıları, menstruasiya sindromu, baş ağrıları və başqa problemlər. Bu üsulu hər problemə tətbiq edirəm, çünki heç bir əks təsiri yoxdur.

- Bu, tək seanslıq terapiyadır, yoxsa insanlar bir müddət müalicəyə davam etməlidir?

- Əlbəttə, hər kəs üçün fərqlidir. Davam edib və ya etməmək üzərində işlədiyimiz problemlə bağlıdır. Çox vaxt müəyyən problemi bir seansa müalicə edirik, bəzən də bir neçə seans lazım olur, xüsusilə siqaret kimi asılılıqlar üçün.

- İnsanların emosiyalarını idarə edə bilməsi üçün nə etməyi məsləhət görürsünüz?

- Əvvəlcə, təbii ki, həkimlərlə məsləhətləşməli və həkimin nə təklif etdiyini bilməlidirlər. Xüsusilə də intihara meyil varsa və dərman müalicəsi tələb edən ciddi problemləri varsa. Peşəkar müalicə yardımından əlavə insanlar səkkiz saat fasiləsiz yatmalıdır, mümkün olduğu qədər sağlam qidalanmalı, xüsusən şəkərli qidanı azaltmalıdır. Spirtli içkilər çox içməməli, mümkün olduğu qədər siqaret və narkotik maddələrdən istifadə etməməlidir. Çox məşq etməyi tövsiyə edirəm, ən azından yürüşə çıxmalı, ofis daxilində çalışırsa, fasilə verməli, təbiətdə vaxt keçirməli, təmiz hava qəbul etməli və hər gün ən az 15 dəqiqə günəş vannası almalıdır. Bilirəm ki, sadaladıqlarım köhnə üsullardır. Lakin onu da bilməlisiniz ki, stressin öhdəsindən gəlmək üçün bütün bunları yerinə yetirməlisiniz. Müəyyən yavaş nəfəs texnikaları da insanları sakitləşdirmək üçün çox təsirlidir.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.