Bal qəbul etmək stressin qarşısını alır

24 Ekim 2018
1 040
0
Bal qəbul etmək stressin qarşısını alır
Rumıniyada bal institutunun açıqlamasına görə, insanlar stressin qarşısını almaq üçün balı otaq temperaturunda nizamlı olaraq qəbul etməlidirlər. Çünki isti balı qəbul etmək təhlükəlidir. Balı isti istifadə etdikdə stressi azaltmaq əvəzinə orqanizmimizə əlavə stress qazandırmış oluruq ki, bu da əks təsir göstərir.

Mütəxəssislər bildirdilər ki, balın çox faydaları olduğu üçün ilk əvvəl istifadə edən şəxs onu nə üçün istifadə etdiyinə qərar verməlidir. Bundan sonra isə həmin problemin qarşısını almaq üçün balı müəyyən qayda ilə qəbul etməlidir.

Mütəxəssislər stressi azaltmaq üçün istifadə edilən balı belə bir qayda ilə istifadə etməyi tövsiyə etdilər. Bir stəkan ilıq suya bal qataraq, onu suda həll etmək lazımdır. Sonra üzərinə limon sıxıb, qəbul etdikdə stressin qarşısını müvəffəqiyyətlə alacaq. İlıq bal sinir sistemini nizamlayır və insanı rahatlaşdırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.