Tərkibində kofein olan dərmanlar da yuxu pozuntularının səbəblərindən biridir

29 Kasım 2018
951
0
Tərkibində kofein olan dərmanlar da yuxu pozuntularının səbəblərindən biridir
Yuxusuzluq - yetəri qədər yata bilməmək və ya yatmamaq, yuxu çatışmazlığı, ayıldıqdan sonra təkrar yuxuya getməkdə çətinlik çəkmək kimi halları özündə əks etdirir. Bu müxtəlif səbəblərdən baş verə bilər. Belə ki, psixoloji və ya fiziki gərginlik qədər insanı əhatə edən mühit də yuxuya çox böyük təsir göstərir. Buna yad və ya xoşagəlməz şərait, narahat yataq, səs, havanın temperaturunun həddindən artıq yüksək və ya aşağı olmasını misal çəkmək olar. Yuxusuzluğun əsas səbəbləri stress, ağrı ilə müşayiət olunan xəstəliklər, nəfəsalma çətinliyi, dəridə qaşınma kimi bir sıra amillərdir. Bundan əlavə qorxu və depressiya kimi xoşagəlməz hallar da yuxu pozuntularının əsas səbəblərindəndir.

Yuxusuzluq xroniki və ya nadir olur. Nadir, yəni ildə bir-iki dəfə yuxu problemi yaşamaq mümkündür. Adətən stress və ya başqa səbəbdən çox nadir halda, yuxu problemi yaşayanlar bunu özləri aradan qaldıra bilirlər. Lakin uzun müddət psixoloji səbəblərdən yuxusuzluqdan əziyyət çəkənlərin həkimə müraciət etmələri mütləqdir.

Bu problemlə üzləşənlərin ilk növbədə gündəlik həyat tərzlərinə diqqət yetirmələri lazımdır. Belə ki, düzgün həyat tərzinə riayət etməyənlərin bu kimi problemlərlə üzləşməsi hallarına daha çox rast gəlinir. Belə insanların həyatlarını normal vəziyyətə salmaları və düzgün yuxu rejiminə qayıtmaları bir neçə həftə tələb edir.

Dərin və rahat yuxu yatmaq və normal həyata qayıtmaq üçün ilk növbədə alkoqol və siqaret kimi pis vərdişlərdən imtina etmək lazımdır. Kofe, şokolad, çay kimi tərkibində kofein olan ərzaqlar da yuxu pozuntularına səbəb ola bilər. Həkim məsləhəti olmadan alınan, tərkibində kofein olan dərmanlar da yuxu pozuntularının səbəblərindən biridir. Bunlara soyuqdəymə əleyhinə qəbul etdiyimiz dərmanlar da aiddir. Belə dərmanları alarkən əczaçılarla məsləhətləşmək lazımdır.

Yatmazdan əvvəl yemək mədədə narahatçılıq yaradır ki, bu da yuxu pozuntularına səbəb ola bilər. Gec saatlarda aclıq hissini nanə və ya müxtəlif digər ot çayları, ballı südlə basdırmaq mümkündür.

Axşam vannaları yatmazdan bir neçə saat əvvəl qəbul olunmalıdır. Belə ki, isti su orqanizmlə təmas zamanı stimulyator rolu oynayır, uzun zaman bədənin enerjili və gümrah qalmasına kömək edir. Gün ərzindəki fiziki aktivlik isə orqanizmin gərginliyini aradan qaldırır, gündüzlər gümrah olmağa, gecələr isə rahat yatmağa kömək edir. Buna baxmayaraq yuxudan əvvəl idmanla məşğul olmaq da düzgün deyil. Bu sinir sistemini stimullaşdırır və yuxunu "qaçırdır".

Hər bir kəs yatmazdan əvvəl yatacağı yerin ola biləcəyi qədər qaranlıq və sakit, yatağın isə çox sərt olmamasına diqqət yetirməlidir.

Yatmazdan əvvəl kitab oxumaq rahat yuxunun təminatçısıdır.

Xroniki yuxusuzluqla mübarizə üçün yalnız həkim tərəfindən təyin edilən dərmanlar qəbul olunmalıdır və bu tip dərmanlardan mümkün qədər az istifadə etmək lazımdır. Belə ki, yuxu gətirən dərman preparatları yuxusuzluğu müalicə etmir. Onlar sadəcə şüuru yorur və alışqanlıq yaradır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.