Yuxu üçün səmərəli qida

08 Ocak 2019
817
0
Yuxu üçün səmərəli qida
Gün ərzində düzgün qidalanmamaq axşam yuxusuna mənfi təsir göstərir.

Feat.Az
bildirir ki, həkim-fitoterapevt Ulduz Hüseynova bu barədə AZƏRTAC-a məlumat verərək deyib ki, alimlər araşdırmalar nəticəsində qida rasionunun yuxu rejiminə birbaşa təsir göstərdiyi qənaətinə gəliblər.

Onun dediyinə görə, yuxusuzluqla mübarizədə banan ən yaxşı təsir edən qidalardan hesab edilir: "Yatmazdan bir-iki saat qabaq banan yemək rahat yuxunu təmin edir. Onun tərkibində melatonin və seratoninlə yanaşı maqneziumun da olması əzələlərə rahatlıq verir.

Kartof da yuxu üçün səmərəli qidadır. Onun tərkibindəki kriptoxol maddəsi mədəni yormur və turşuluq səviyyəsini aşağı salır. Gilas şirəsi də bu sahədə ən yaxşı vasitələrdəndir. İki həftə ərzində mütəmadi olaraq səhər və axşam bir stəkan turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır.

"Ürəyin dostu" adlandırılan badam da tərkibindəki bir sıra vitamin və kalsium sayəsində əzələlərin rahatlığını təmin edir. Axşam yeyilən bir ovuc badam şirin yuxu gətirir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.