Reklam mesajlarına son

08 Kasım 2014
1 636
0
Reklam mesajlarına son
Reklam mesajlarına son

Reklam mesajlarına son.Millət vəkillərinin təklif etdiyi yeni "Reklam haqqında qanun"da bu da nəzərdə tutulur. Qanun layihəsi reklam bazarında ciddi dəyişikliyə səbəb olacaq.

Mobil telefon istifadəçilərini təngə gətirən reklam xarakterli smslərə son qoyula bilər.Parlamentin İqtisadi Siyasət komitəsinə göndərilən yeni ''Reklam haqqında qanun'' gerçəkləşsə belə olacaq.Qanunda mobil telefonlara gələn arzuolunmaz smslərə yaş həddinin qoyulması da istisna deyil.

Bununla yanaşı, nəqliyyat vasitələrinə üzərinə vurulan reklamlara da məhdudiyyətlər qoyulacaq.

Hərbi sənaye kompleksləri, silah-sursatla bağlı reklamalara da qadağa qoyulacaq.Tütün məlumatları və spirtli içkilər isə yalnız gecə saat 12:00-dan 6:00-dək reklam oluna bilər.Bununla yanaşı reklamaların mahiyyətinə uyğun olaraq yaş həddi təyin olunacaq. Yeni qanunda efirə gedən reklamaların vaxtı da tənzimlənəcək

Qanunda əsas üstünlük reklamların Azərbaycan dilində yazılmasına verilir.Brend məhsullar istisna olmaqla digər malların reklamı ilk olaraq Azərbaycan dilində, daha sonra digər dillərə tərcümə oluna bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.