(mrs)Dərs ilinin uzadılması - qəbul imtahanlarına təsir edəcək?

08 Kasım 2014
1 986
0
(mrs)Dərs ilinin uzadılması - qəbul imtahanlarına təsir edəcək?
[center](mrs)Dərs ilinin uzadılması - qəbul imtahanlarına təsir edəcək?

Dərs ilinin uzadılması bir sıra problemlərə yol aça bilər. Qəbul imtahanına sənəd qəbulu və bir sıra digər məsələlərdə bu problemin özünü biruzə verəcəyi qaçılmazdır.Məsələ ilə bağlı ekspertlərin də maraqlı fikirləri var.

Gələn ildən orta məktəblərdə tədris müddətinin dəyişməsi müəllimlərin gərgin dərs proqramını yüngülləşdirsə də, şagirdlərə, xüsusilə də məzunlara bir sıra problemlər yarada bilər.

Aşağı siniflərdən fərqli olaraq məzunlar dərs ilinin sonunda yay tətilini düşünmür. Buraxılış imtahanı, attestat əldə etmək, qəbul imtahanı üçün sənəd hazırlayıb müraciət etmək vaxt və təmkin tələb edir. Vaxtın daralması bu sənədlərin toplanması bir kənara attestatsız sənəd qəbulunu gündəmə gətirir. Xüsusilə də qabiliyyət imtahanı verməli olan abituriyentlərə.

Abituriyentlərin sənəd qəbulunu elektron qaydada təsdiqlətmə müddəti 10-14 gün çəkir.Dərs ilinin uzadılması ilə bu müddət yarıyadək azaldılacaq. Bu isə məzunların aylar, hətta illər sərf edib hazırlaşdığı imtahan öncəsində əlavə stress deməkdir.

Ekspertlərin sözlərinə görə abituriyentlərin zərər görməməsi üçün Tələbə Qəbulu üzrə Dövlət komitəsinin üzərinə böyük bir yük düşür.
[/center]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.