Çənədəki tüklərdən qurtula bilmirsinizsə... - Səbəblərini öyrənin, xəstəlik əlamətidir...

22 yanvar 2019
607
0
Çənədəki tüklərdən qurtula bilmirsinizsə... - Səbəblərini öyrənin, xəstəlik əlamətidir...
Qadınların çənəsində tüklərin olması aktual problemdir. Hər 3 qadından birində rast gəlinir. Qadınlar bundan epilyasiya, müxtəlif tüktökən vasitələrlə qurtulmağa çalışsa da, yenidən əmələ gəlir.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, qadınların çənəsində olan tük onlarda yalnız estetik problem yaratmır. Bu, müxtəlif sağlamlıq problemlərindən də xəbər verə bilər.

Çənənin həddən çox tüklü olmasının bir neçə səbəbi ola bilər:

1. İrsi meyillilik. Əgər sizin ana xətti ilə qadın qohumlarınızda (ana,nənə, xala, bacı) yaşlandıqca bu hal daha aydın gözə çarpırsa, o zaman sizdə də meydana çıxacağını söyləmək olar.

2. Hormonal disbalans. Bu problem qadınlarda kişi hormonlarının artıq mirdarda olmasından irəli gəlir. Normalda qadın orqanizmində bu hormonlar sintez olunur. Amma əgər onların sintezi çoxalarsa, o zaman qadınların səsi kobudlaşır, çənədə tüklər uzanır, üzündə çivzə səpgiləri meydana gəlir.

3. Klimaks. Menopauza dövründə estrogenlərin sintezi azalır. Bu zaman qadınların çənələrində, üst dodaqlarında qara və cod tüklər inkişaf etməyə başlayır.

4. Yumurtalıqların funksiyasının pozulması. Qadınlarda ən çox rast gəlinən problemlərdən biri də yumurtalıqların polikistozu sindromudur. Bu problem qadınlarda menstrual tsiklin pozulmasına səbəb olur ki, nəticədə də sonsuzluq yaranır.

5. Kuşinq sindromu. Orqanzimdə stress hormonu olan kartizol sintez olunur. Bu hormon həm də bir sıra dərman preparatlarının tərkibində olur. Orqanizmdə kartizolun miqdarının artması bir sıra orqanların işinin pozulmasına və toxumaların atrofik dəyişikliyinə gətirib çıxarır. Toxumaların və hüceyrələrin məhz bu patoloji dəyişiklikləri Kuşinq sindromu ilə xarakterizə olunur. Çox vaxt kartizolun sintezinin artması diabet, piylənmə, əzələlərin zəifləməsi və ya yığılması, uşaqlarda boy artımının dayanması ilə müşayiət olunur.

6. Böyrəküstü vəziləri anadangəlmə hiperplaziyası. Bu patologiya zamanı həyat üçün vacib olan cinsi hormonların çatışmazlığı meydana gəlir. Qız uşaqlarında külli miqdarda kişi hormonları yaranır ki, bu da uşağın inkişafına neqativ təsir edir. Tüklənmə də məhz bu əlamətlərdən biridir.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Sevgilim Yazılı Şəkilləri 2019 (34)
21:00
0

Sevgilim Yazılı Şəkilləri 2019 (34)

25.06.2019 Gündəlik Bürclər (25 İyun 2019 Günlük Bürclər)
20:00
0

25.06.2019 Gündəlik Bürclər (25 İyun 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (184)
19:00
122

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (184)

Sevdim Səni Yazılı Şəkillər 2019 (21)
18:00
273

Sevdim Səni Yazılı Şəkillər 2019 (21)

Yüksək təzyiqi salmaq üçün 4 SADƏ QAYDA
17:00
72

Yüksək təzyiqi salmaq üçün 4 SADƏ QAYDA

Alimlər ömrü uzadan faktı açıqladı
16:00
74

Alimlər ömrü uzadan faktı açıqladı

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (144)
15:00
356

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (144)

İsti havaların ürəyə təsiri – Necə qorumalı?
14:00
69

İsti havaların ürəyə təsiri – Necə qorumalı?

Bürclər Haqqında Maraqlı Məlumatlar (550) - Foto
13:00
265

Bürclər Haqqında Maraqlı Məlumatlar (550) - Foto

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ