Tərbiyənin 2 tərəfi və təlimin ayrılmazlığı

28 yanvar 2019
539
0
Tərbiyənin 2 tərəfi və təlimin ayrılmazlığı
Ümumi olaraq tərbiyəni iki hissəyə bölmək olar: cismin tərbiyəsi və ruhun tərbiyəsi. Bəzilərinin nəzərinə görə, ruhu tərbiyə etmək - onu inkişaf etdirib, istedadlarını üzə çıxartmaq kimi mənalandırırlar.

Ancaq Seyyid Musa Sədrin nəzərinə görə, tərbiyə - ruhun istedadlarını üzə çıxartmaq deyildir. Çünki ruh, insanın canı kimi həm müsbət və həm də mənfi istedadlara malikdir. Ancaq tərbiyə o zaman həyata keçər ki, müsbət istedadlar inkişaf edər. Ona görə də ruhun tərbiyəsi deyildikdə, onu formalaşdırmaq və şəkil vermək nəzərdə tutulur. Belə ki, insanı xilqətin hədəfinə çatdıra bilsin.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, tərbiyənin hər iki növündə təlimə ehtiyac vardır. Çünki təlim insana elm və agahlıq verər və hansı səmtdə hərəkət etməsini öyrədər. Ancaq bəziləri təlimi tərbiyədən ayırır və müstəqil şəkildə şərh edirlər. Halbuki, təlim tərbiyədən ayrılmazdır.

Quran mədəniyyətində də təlim tərbiyə ilə bir yerdə gəlir. "Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər". ("Cümə" 2).

"Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!". ("Bəqərə" 129).

"(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tövhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir)". ("Bəqərə" 151).

Ona görə də əgər Quranın tərbiyə ilə bağlı nəzərini öyrənmək istəsək, gərək nəfsi tərbiyə olan "təzkiyə" mövzusunu da bəyan edək. Bu zaman Quranın nəzərində tərbiyənin nə olduğunu öyrənmiş olarıq.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)
21:00
663

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)
20:00
2 032

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)
19:00
736

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)
18:00
665

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)

Qızlarda cinsi yetkinlik
17:00
245

Qızlarda cinsi yetkinlik

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)
15:00
341

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!
14:00
125

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!

Dünyaya realist gözü ilə baxan 5 bürc
13:00
416

Dünyaya realist gözü ilə baxan 5 bürc

Energetik içkilərin normadan çox qəbulu...
12:00
94

Energetik içkilərin normadan çox qəbulu...

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ