Yüzlərlə insan Dövlət Bayrağı Meydanında

09 Kasım 2014
1 420
0
Yüzlərlə insan Dövlət Bayrağı Meydanında
Yüzlərlə insan Dövlət Bayrağı Meydanında

Noyabrın 9-da Dövlət Bayrağı Meydanında üçrəngli dövlət bayrağımızın rəmzi qaldırılma mərasimi olub. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təşkil edilib.

Yüzlərlə insan bu tarixi anı izləmək üçün Dövlət Bayrağı Meydanına toplaşmışdı. Güc strukturlarının, ictimaiyyətin nümayəndələri, hərbçilər, veteranlar və məktəblilər üçrəngli bayrağımızın qaldırılması prosesini birbaşa izləyiblər.

Eni 35 metr, uzunluğu 70 metr, çəkisi 350 kiloqram olan dövlət bayrağı təmtəraqlı şəkildə hərbi orkestrin müşayiəti ilə onlarla insanın çiynində meydana gətirilib və dövlət himnin sədaları altında 162 metr hündürlüyə qaldırılıb.

Sonda ictimaiyyətin nümayəndələri bayrağın önündə xatirə şəkli çəkdiriblər. Mərasimə qatılanlar bu qürurlu prosesi fəxrlə izlədiklərini bildirib, bayrağımızın Qarabağda dalğalanmasını arzulayıblar.

Sonra tədbir iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

Qeyd edək ki, Ginnes-in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.