Ağızdan gələn pis qoxu, diabetdən xəbər verir - Xəbərdarlıq

18 Mayıs 2019
1 091
0
Ağızdan gələn pis qoxu, diabetdən xəbər verir - Xəbərdarlıq
Şəkərli diabet şəkərin qanda xroniki yüksəlməsidir. Uşaqlarda diabet ən çox 10-14 yaş arasında müşahidə olunur. Bununla bərabər 1-3 yaşlarında diabetli uşaqlara da rast gəlinir.

"Şəkərli diabet uşaqlarda böyüklərdəki kimi deyil. Yetişkin insanlar 1-2 ay yüksək şəkərlə rahat gəzə bilərlər, lakin bu azyaşlılar üçün keçərli deyil."

Feat.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri pediatr Gülnar Abdullayeva bildirib. Pediatırın sözlərinə görə, şəkər uşaqlarda daha kəskin yüksəlir.

"Şəkərli diabetdən əziyyət çəkən uşaqlarda halsızlıq, iştahsızlıq, daim yorğunluq hisssi, çox su içmək hissi, tez-tez sidiyə getmə, dəridə quruluq kimi əlamətlər biruzə verir. Şəkərin səviyyəsi həddindən çox olduqda isə təngnəfəslik, huşun itməsi baş verir. Şəkərli diabet olan balacalarda həddindən artıq çəki itirmə baş verir. Daima yatmaq istəyirlər. Çünki həmin uşaqlar özlərini yorğun hiss edirlər.

Şəkərli diabetin kökündə genetik faktorlar, keçirilmiş ağır virus infeksiyalar durur. Lakin bəzən bu səbəbsiz olaraq da müşahidə olunur. Bəzi uşaqlarda qusma hallarının artması, ağızdan kəskin qoxunun gəlməsi halları artıq şəkərin yüksəlməsi siqnalı ola bilir. Ona görə də həmin şikayətlər olduğu andan etibarən həkimə müraciət etmək lazımdır. Şəkərli diabet ömür boyu davam edən xəstəlikdir. Daim tibbi müşahidə altında olamlıdır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.