Avtobus qəzası, yaralılar var

10 Kasım 2014
1 650
0
Avtobus qəzası, yaralılar var
Avtobus qəzası, yaralılar var

Qazaxda biri avtobus olmaqla 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

XezerXeber.com Kəpəz TV-yə istinadən bildirir ki, hadisə zamanı Türkiyə vətəndaşı Yılmaz Toprağın idarə etdiyi sərnişin avtobusu Süleyman Cəfərovun idarə etdiyi "Niva" ilə toqquşub. Qəza nəticəsində avtobus yol kənarında hərəkətsiz dayanan, Tahir İsmayılovun sahibi olduğu "VAZ 2107"yə dəyərək onu dərəyə yuvarlayıb.

Hadisə zamanı "Niva"nın sürücüsü Süleyman Cəfərov və onun sərnişini Ramin Qasımov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika mərkəzinə çatdırılıblar.

Xəstəxanadan bildirilib ki, hər iki yaralının vəziyyəti kafidir. Hadisə şahidlərinin sözlərinə görə, baş verən zəncirvari qəzaya "Niva"nın sürətlə idarə olunması və sərnişin daşıyan avtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı BDYP də araşdırma aparılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.