Bağırsaqlar üçün ən ziyanlı və ən faydalı QİDALAR

22 Aralık 2019
936
0
Bağırsaqlar üçün ən ziyanlı və ən faydalı QİDALAR
Almaniyalı qastroenteroloq Tomas Frilinq xəbərdarlıq edir ki, insan uzun müddət ərzində düzgün qidalanmadıqda bu müxtəlif bağırsaq problemlərinə və hətta bağırsaq xərçənginə səbəb ola bilər.

Feat.Az
bildirir ki, mütəxəssisin sözlərinə görə şəkər, şirin mayalı un məmulatları, konfet, kremli tortlar, pirojnalar və s. kimi şirniyyatlar bağırsaqlarda xroniki iltihaba səbəb olur. Xroniki iltihab isə istənilən növ xərçəngin əsas səbəblərindən biri sayılır.

Digər ziyanlı qidalar qrupu kolbasa, sosislər, vetçina, müxtəlif hisə verilmiş məhsullardır (balıq, toyuq və s.). Bu məhsullar bağırsaqlara ziyanlı olan kimyəvi qatqılarla xüsusilə zəngindir.

Bundan əlavə mayonez və trans-yağlar da (marqarin və s.) bağırsaqların sağlamlığına ciddi ziyan vurur.

Tomas Frilinq həmçinin bağırsaqların sağlamlığını qoruyan qidalar da sadalayıb. Bu duzlu kələm ("molokan" kələmi), banan, bişmiş çuğundur və kartof və həmçinin balıqdır.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.