Ürəyi qorumağın yolları - 10 ən yaxşı vasitə

27 Haziran 2020
563
0
Ürəyi qorumağın yolları - 10 ən yaxşı vasitə
Ürəklə bağlı problemlərə səthi yanaşmaq olmaz.

Ürək-damar xəstəliyi ölüm hallarının sayında hər zaman birinci yerdədir. Tamamilə sağlam və cavan olsanız da, yenə də onların qarşısını almağı düşünməyə dəyər. Müntəzəm müayinələrdən əlavə , menunu tənzimləyərək qan damarlarının sağlamlığına diqqət yetirə bilərsiniz.

Feat.Az
qan-damar dövranını gücləndirən və ürək üçün ən faydalı 10 məhsulu sizə təqdim edir.

Avokado

Avokado haqqında indiyə qədər bütün problemlərin həllində möcüzəvi meyvə olduğu təəssüratı yaranıb. Əslində bu qismən doğrudur. Qan damarının sağlamlığında da ön planda avokado dayanır. Avokados xolesterol səviyyəsini aşağı sala bilər ki, bu da ürək çatışmazlığı ehtimalını azaldır. Bundan əlavə, bu yaşıl yağlı meyvə damar kalsifikasiyasının və ürək-damar sisteminin digər xəstəliklərinin qarşısını alan kaliumla zəngindir.

Yağlı balıq


Bütün yağların ürəyə zərərli olduğu haqqında mif çoxdan yayılmışdır. Ancaq sağlam və zərərli yağları ayırmaq vacibdir. Yağ turşuları iki növdür: doymuş (zərərli) və doymamış (faydalıdır). Birincisi ürək üçün ciddi bir təhlükə yaradır, çünki bunlarda damarlarda toplanan və qan dövranına mane olan aşağı sıxlıqlı lipoproteinlər ("pis xolesterol") var. Doymamış yağlar bədən üçün vacibdir. Yağlı balıq bütün zəruri yağ turşularını, zülalları və qan damarlarını təmizləyən, divarlarını gücləndirən və ürək problemləri riskini əhəmiyyətli dərəcədə azaltan bir çox faydalı elementlərlə zəngindir.

Fındıq

Damar sağlamlığı üçün əvəzedilməzdir. Əsasən yağ turşuları, bitki protein, vitamin E və maqneziumla zəngindir ki, onlar qan damarlarında xolesterol toplanmasının qarşısını alır.

Zeytun yağı


Bəli, yenə doymamış yağ lar. Onlar damar sağlamlığının ən mühüm komponentləridir. Zeytun yağında olan mono-doymamış oleik turşusu ürəyi qoruyur və ürək-damar xəstəlikləri və infarkt riskini xeyli azaldır.

Kafein


Kafein qan damarlarının divarlarını zərər və çirklənmədən qoruyur, həmçinin aterosklerozun və damarların tıxanmasının qarşısını alır. Qəhvə fanatı deyilsinizsə - eybi yox. Yaşıl çayın tərkibində də az kofein yoxdur. Ama yenə də unutmayın ki, kafeindən çox istifadə mənfi nəticələrə səbəb ola bilər. Buna görə gündə iki stəkandan artıq çay və ya qəhvə içməməlisiniz.

Sarıkök

Qan damarlarının divarlarına ziyan vurma riskini əhəmiyyətli dərəcədə azaldan güclü antiinflamatuar birləşmələri ilə zəngindir. Antioksidantla zəngin bu ədviyyat damarlarda yağ tıxanması ehtimalını 25% azalda bilir. Sarıkök müxtəlif yeməklərə, çay və ya südə əlavə edilə bilər.

Nar


Nar tıxanmış damarları təmizləyir və qan axını yaxşılaşdırır. Qırmızı meyvələrdə qanda azot oksidi istehsalını stimullaşdıran sərbəst radikallarla mübarizə aparan çox miqdarda antioksidan var. Taxıl və salatlara nar toxumları əlavə edin və ya 100% nar şirəsi için.

Sitrus meyvələri

Antioksidanlar və C vitamini - bir sözlə, damarların sağlamlığı üçün lazım olan hər şeylə zəngindir. Vitamin C ürək-damar xəstəlikləri riskini azaltmaqda mühüm rol oynayır və tərkibindəki flavonoidlər damarların divarlarını qorumağa kömək edir. Sitrus meyvələrini günlük menyunuza əlavə edin, səhər limon və təzə portağal ilə su için.

Dənli bitkilər


Tərkibində bol miqdarda lif olan taxıl ürəyi müxtəlif xəstəliklərdən qoruyaraq qanda xolesterolu normallaşdırmağa kömək edir. Son tədqiqatlar da göstərir ki, taxıldan çox istifadə damarların divarlarının qalınlaşmasına mane olur. Arteriyaların vəzifəsi qanı həyati vacib orqanlara çatdırmaqdır. Onların divarlarının qalınlaşması aterosklerozun yaranmasına səbəb olur ;ürək-damar xəstəliyi və insult riskini artırır.

Brokoli

Bütöv dənli bitkilər kimi, brokoli də qan damarlarının sağlamlığına faydalı təsir göstərən liflərlə zəngindir. "Saçaqlı" tərəvəzlər - brokkoli, gül kələm və adi kələm - damarların tıxanmasının qarşısını alır və ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.