Bu xəstəliyi olanlara isti su ilə çimmək olmaz - SƏBƏB

13 Temmuz 2020
649
0
Bu xəstəliyi olanlara isti su ilə çimmək olmaz - SƏBƏB
Bir çox xəstəliklər var ki, isti hamamda və duş altında çox qalmaq onların vəziyyətini ağırlaşdıra bilər.

Feat.Az
bildirir ki, rusiyalı terapevt Viktor Lişin bu xəstələri diqqətli olmağa çağırıb.

O qeyd edib ki, ürək damar xəstəliklərinin erkən mərhələsində olanlar su prosedurlarını, xüsusən vanna, duş, hamamda olmağı 15 dəqiqəyə endirməlidirlər.

Daha ağır formalı ürək xəstəliyi, çatışmazlığı olanlar, infarkt keçirənlər ümumiyyətlə, isti suyu unutmalıdır.

İkinci təhlükəli xəstələr diabet xəstələridir.

Şəkər xəstəliyində damarların makroangiopatiyası baş verir, bu zaman 35 dərəcədən yuxarı isti su ilə çiməndə damarlar dekompensasiya edə bilmir və xəstənin qan dövranında problemlər yaşana bilər.
Eləcə də şəkər xəstələri dəri səthini isti, qaynar su ilə zədələməməlidir.

Dermatit, psoriaz xəstələri də isti su ilə çimməsələr yaxşıdır.

Mədə-bağırsaq yaraları olanlar isə isti suyu içməməlidir.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.