Fast food nədir? Onun qorxulu zərərləri

08 Kasım 2020
886
0
Fast food nədir? Onun qorxulu zərərləri
Fastfud qısa bir zaman ərzində hazırlanan və hazırlanmasında bir neçə qida vasitəsindən istifadə edilən qidadır. Bu qidalara aşağıdakılar aiddir:
* hamburqer
* qızardılmış kartof (fri)
* çizburqer
* dönər
* lahmacun və s.

Əksər hallarda bu qidadan cavanlar istifadə edir. Amma onlar bu qidaları qəbul etməklə özlərinə nə qədər zərər verdiklərindən xəbərsizdirlər. Belə ki, müştəri cəlb etmək üçün fastfud qidalarına dadlandırıcılar və qida aromatizatorlarının vurulduğundan xəbərsizdirlər.
Fastfud məhsullarının hamısına konservantlar qatılır. Bu konservantlar orqanizmdə xərçəng hüceyrələrinin inkişafını sürətləndirir.
Fastfudlara müxtəlif dadlandırıcılar və qida aromatizatorları əlavə edilir ki, bunlar da kimyəvi üsullarla hazırlanır. Bu dadlandırıcılar orqanizm üçün çox zərərli hesab edilir.
Fastfudların hazırlanmasında istifadə edilən ətlərin də əksəriyyətinin mənbəyi bəlli olmur. Onlara vurulan ədviyyatlar və dadlandırıcılar bu qidaların dadlı olmasına səbəb olur.
Fasfud orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
* piylənmə
* təzyiq
* əsəbilik
* uşaqlarda inkişaf pozğunluqları.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET