Şagirdlərin yanında müəllimənin boğazını kəsdi - Şəkidə
Hadisə ötən gün baş verib.
Belə ki, 38 yaşlı Validə Zamanova dərsə gedərkən keçmiş həyat yoldaşı Vüqar tərəfindən hücuma məruz qalıb. Kişi qadını bıçaqlayıb. Onun ağzını bıçaqla cırıb və onu yerə yıxıb. Daha sonra keçmiş həyat yoldaşı müəllimənin boğazını kəsib.
Bu hadisə məktəbin həyətində baş verib. Müəllimənin şagirdləri və digər müəllimlər haraya yetişiblər. Onlar Vüqarı zərərsizləşdiriblər. Bu səbəbdən də, kişi keçmiş arvadını başını kəsə bilməyib.
Qeyd edək ki, Validə Zamanova ilə Vüqar ailəli olub. Onların bu nikahdan bir qızları var. Onlar arasında narazılıq yaranıb və boşanıblar. Boşanan zaman kişi qadını döyüb. Bu səbəbdən də, müəllimə polisə şikayət edib. Həyat yoldaşını döydüyü üçün kişi həbs edilib. Onun bu yaxınlarda həbsdən çıxdığı bildirilir
Keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.