Türkiyədə Möcüzəli xilasetmə

01 Aralık 2014
1 185
0
Türkiyədə Möcüzəli xilasetmə
Türkiyədə Möcüzəli xilasetmə

Yeddinci mərtəbədən yıxılan uşağı tutdu.

Türkiyədə dalandar yaşayış binasının yeddinci mərtəbəsinin pəncərəsindən yıxılan dörd yaşlı qızı xilas edib.

, o, uşağı havada ikən tutub.

Hadisə noyabrın 28-də, Əskişəhərdə baş verib.

Dalandar Şükrü Dəniz evlərdən birinin küçəsini süpürərkən göydən yerə uşaq ayaqqabıları düşüb. O, başını yuxarı qaldıbı və açıq pəncərələrdən birinin qarşısında oyanayan qızı görüb. Uşağın yerə yıxılacağının qaçılmaz olduğunu görən dalandar dərhal vəziyyətə uyğun hərəkət edib:

"O, pəncərədən yapışa bilmədi və mən onu havada tutmağa çalışdım. Qız yıxılandan sonra ağlasa da, huşunu itirməmişdi. Fiziki cəhətdən zərər çəkməsə də, şokda idi, buna görə bir neçə dəqiqə ayağa qalxa bilmədi”.

Zərərçəkmiş xəstəxanaya göndərilib, onun vəziyyəti ağır olub. Bir gündən sonra qızcığazın qohumları onun vəziyyətinin yaxşı olduğunu bildiriblər. Bu gün uşaq xəstəxanadan evə buraxılacaq.

Şükrü Dənizin hərəkəti sosial şəbəkələrdə fəal müzakirə olunur, o, Türkiyədə bir qəhrəmana çevrilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.