5 oktyabr - Müəllimlər günüdür

04 Ekim 2019
7 553
20
5 oktyabr - Müəllimlər günüdür
5 oktyabr “Beynəlxalq müəllimlər günü”dür. Heç kimə sirr deyil ki, bəşəriyyətin ən böyük müəllimi İslam Peyğəmbəri Həzrət Muhəmməddir (s). Alimin də, professorun da, həkimin də və s. əlindən tutub ilk kəlməni yazdıran şəxs - müəllimlərdir. Müəllim ikinci valideyn rolunu oynayır. Müəllimlərin insan həyatında rolu əvəzssizdir. Bizim dünyagörüşümüzü açan şəxs müəllimdir. Biz insanları düzgün yola çəkən, dövlətə yararlı şəxs edən müəllimlərdir. Onların bizim həyatımızda olan rolunu heç vaxt unutmaq olmaz. Əminik ki, sizlər də bizim kimi onlara minnətdarsız.

Beynəlxalq müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyi olan uşaqları müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil haqqında" qanunda təsbit olunduğu kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir".
Bu baxımdan dahi mütəfəkkir N.Tusinin fikirləri daha maraqlıdır.
"Hər sənətin şərəfi onun məqsədində, hər varlığın islahı onun zatındakı şərəfindədir...
Deməli, bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır...
Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?!" (Əxlaqi-Nasiri, səh.81).
Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.
Ona görə də hər bir müəllim bilməlidir ki, hər bir uşaq - fikirləri, görüşləri, hissləri, duyğuları, maraqları, sevincləri, həyəcanları, kədərləri və qayğıları ilə özünəməxsus xüsusi bir dünyadır. Müəllim şagirdlərin bu mənəvi dünyasını görməli və bilməlidir. Hər bir müəllim məktəbin mənəvi həyatına hissiyyatlılıq, qayğıkeşlik, dostluq, mehribanlıq xüsusiyyətlərini gətirməlidir. "Təlim və təhsilin çətin məqamlarında müəllim şagirdlərini hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, əksinə onlarda gözəl arzu və ümid qığılcımları oyatmalıdır"
RƏYLƏR
More
  • More
  • 5 Ekim 2014 12:54
MüƏlimlər çox dəyərLidi mənə görə.Hər birini Səmimi qəLbdən təbrik edirəM))
Bella
  • Bella
  • 5 Ekim 2014 11:33
[quote=BaRCaLi_QiZ]
Çox sağ ol canım minnetdaram
BaRCaLi_QiZ
mende butun muellimleri tebrik edirem ADNURum seninde bayramin mubuw sene uzun omur can sagligi arzulayiram
Nezrin..
Sitat: Кавказский Парень
Butun muellimleri tebrik eliyirem)
Кавказский Парень
Butun muellimleri tebrik eliyirem)
PreNseS
Muellimlerimi ve ozumude tebrik edirem... fellow
Bella
  • Bella
  • 5 Ekim 2014 11:00
Müəllimlər günü münasibəti ilə bütün müəllimləri səmimi qəlbdən təbrik edirəm. Onlara can - sağlığı , uzun ömür, işlərində müvəffəqiyyətlər arzulayıram.
FeaT.Az
BÜTÜN MÜƏLLİMLƏRİMİ MÜƏLLİMLƏR GÜNÜ VƏ MÜQƏDDƏS QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM)
ЗайкА)
Bayramınız mübarək, dəyərli İnsanlar !
AurorA
Tebrıkler....
GERİ 1 2 İRƏLİ

ƏN SON XƏBƏRLƏR

HAMISI
Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
262

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (170)
15:00
658

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (170)

Sağlam dişlərə bu yolla sahib olun
14:00
117

Sağlam dişlərə bu yolla sahib olun

Bürclər Haqqında Maraqlı Məlumatlar (608) - Fotolar
13:00
400

Bürclər Haqqında Maraqlı Məlumatlar (608) - Fotolar

Liftdə, digər qapalı yerlərdə qorxu, həyəcan yaranırsa...
12:00
128

Liftdə, digər qapalı yerlərdə qorxu, həyəcan yaranırsa...

Super Ləzzətli Yumuşacıq Kirpi Pirojnası - Video Resept
11:00
191

Super Ləzzətli Yumuşacıq Kirpi Pirojnası - Video Resept

Duam Oldu Yazılı Şəkilləri 2019 (9)
10:00
564

Duam Oldu Yazılı Şəkilləri 2019 (9)

Tarixdə Bu Gün - 15 Oktyabr
09:00
64

Tarixdə Bu Gün - 15 Oktyabr

Vacibsən Yazılı Şəkilləri 2019 (4)
21:00
1 214

Vacibsən Yazılı Şəkilləri 2019 (4)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ