Bu insan haqqında qısaca oxuyun və sonra da özümüzə baxaq.

19 Eylül 2015
1 952
10
Bu insan haqqında qısaca oxuyun və sonra da özümüzə baxaq.
Bu insan haqqında qısaca oxuyun və sonra da özümüzə baxaq.


* Nick Vujicic - anadan gəlmə əlsiz və ayaqsız olan bu şəxs həyata ümidini heç vaxt itirməyib. Məktəbə getmiş, məktəbi bitirdikdən sonra Maliyyə Planlaşıdrması Akademiyasını ticarət ixtisası üzrə bitirmişdir. Aşağı ətrafında olan iki barmağı ilə yazmağı və kompüterlə işləməyi öyrənmişdir. İndi Dünyanın ən məşhur "motivasiya yönümlü mühazirələrin müəllifidir". "Məhdudiyyətsiz həyat" qeyri-kommersiya təşkilatının sahibidir. 24 ölkədən 3 milyona yaxın dinləyicisi var. Xeyriyyəçidir. Evlidir, bir oğlu var.

O, bu qüsurlaına baxmayaraq malik olduqlarını dəyərləndirdi. Bəs biz necəyik?

Hər şeydən narazı, "niyə mən beləyəm?", "niyə belə oldu?", "mən bədbəxtəm" sualları ilə kompleks yaradan biriləriyik. Ən kiçik uğursuzluğa görə ruhdan düşən, əziyyət görən kimi qaçan, hər şeyin "yağ kimi" olmasını istəyən xalqıq...Hər şeyin günahı tək bizdə də deyil, valideynlərimiz də bizi qədər günahkardır. Hələ uşaq olandan bizi biz kimi sevib, bizə "sən" ideologiyasını aşılamırlar. O yersiz "Fılankesin uşağı" ifadəsini beynimizə elə yeridirlər ki, biz artıq özümüzü unudub, yalnız başqalarına baxırıq. Həsəd, paxıllıq yıxır evimizi. "Mən də varlı olsaydım...", "Mənim də day-dayım olsaydı...", "Əgər kişi olsaydım...", "Mən də qısa yupka geyib özümü göstərsəydim...", "Sən də xalqın kişiləri kimi pul qazanıb gətirə bilsəydin..." bu ifadələrlə uğursuzluqlarımıza bəraət qazandırırıq. Beləliklə gözümüz qalır onda, bunda...
Bir şeyə sahib olmaqdan çox o şeyə sahib olduğumuzu göstərməyə can atan, "o nə deyər, bu nə deyər" kompleksinin içində itib-batan bir cəmiyyətik...
İki kəlmədən bir ya "ahh, ufff" edirik, ya da bir şey olan kimi "Allah, məndən başqasını görmürsən?", "Nə olur mənim başıma gəlir" deyə şikayətlənirik...

Lütfən, özünüzü dəyərləndirin. Başqalarının fonunda özünüzü dəyərsiz, lazımsız biri kimi hiss etməyin və valideyininiz daxil heç kimə bu hissi sizə yaşatmasına izn verməyin.
Malik olduqalrımızı dəyərləndirməyi bacarmalıyıq!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 6 Ekim 2015 01:56
    Maraqlı həmdə olduqca ibrət olunası bir xəbər idi.Bizlər heç bir qüsurumuz olmadan belə bəzi işləri görməyə ərinirik etmək istəmirik zəhmətə qatlaşmırıq.
  2. Jessica
    Biz na şükürik belerin görmesek yadımıza düşmez şükür etmek Allaha her gün 1000-kes şükür etmeliyik elimiz ayaqımız gözümüz hamısı yerindedi amma ki şikayetlerimiz heç bitmir ........... am iradesi böyük isandı ..Maraqlı xeberdi teşekkür
  3. SaFFron
    Bu şəxs haqqında televiziyada eşitmişdim.O danışdıqca və halnı gördükcə ürəyimdə Allaha çox şükürlər olsun deyirdim..Halal olsun həqiqətən.Bəziləri sağlamlığı hər şeyi ola-ola passivləşirlər,heçnə etmirlər.Bəziləri xarici görünüşündə 1 qüsur görən kimi şikayətlənirlər.Halbuki şükr etməlidir.İnsan övladı həqiqətəndə çox nankordur Rəbbinə qarşı.Biz Allahın bizə verdiyi nemətlərin şükrünü belə verib bitirə bilmərik.Bir çoxları isə naşükürlük edir üstəlik..Bu cür insanlar bir çox sağlamlığı və ya nöqsanlı insanlara nümünədir.Fiziki qüsurluların bir çoxları da elə sanırlar ki vəssalam həyat bitib onlarçün,əsla elə deyil,buda bir sınaqdır.Səbr etmək,dözmək lazımdır..Allah bizləri şükrlü bəndələrindən qərar versin.Amin.Məqaləyçün çox sağolun.
  4. Marshall Mathers
    Sitat: ♔Fidanka♔
    Boo ALLAH uzaq elesin)maraqli alinib

    yazdigin reyin ne aidiyati var xebere? delisen? bir oxuda shekili gorub xeberi oxumamisan deyirsen Allah uzag elesin!
  5. ♔Fidanka♔
    Boo ALLAH uzaq elesin)maraqli alinib
  6. allah bendesi
    xebere gore cox sagolun ellerinize sagliq
  7. Bella
    • Bella
    • 19 Eylül 2015 18:28
    Xeber olduqca maraqlı idi. Doğru söze ne deye bilerik? Hamısı reallığı eks etdirir. Demek olar ki, ekseriyyet insanlarda olan paxıllıq insanların mimikalarında da özünü büruzə verir. Bunların evezinde insan özüne qiymet verse , ümidini itirmese belke de çox weye nail ola biler. Yoxsa paxıllıq , hesed aparmaqla heç ne elde ede bilmez.
    Xebere göre teşekker
  8. crazy_reniw
    maraqli idi duz dqey edilib her sey heyat gozeldir qiymetini bilene
  9. Agora
    • Agora
    • 19 Eylül 2015 12:07
    Cox maraqli idi.tesekkurler.
  10. cuppuş))
    cox tewekkur qewey meqaledir,Allah razi olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.