Eminem haqqında 40 fakt

22 Eylül 2015
3 069
6
Eminem haqqında 40 fakt
Eminem haqqında 40 fakt

Bəylər, bu oğlan öz işinin ustasıdır!

Eminem dünyada albomları ən çox satılan Hip-Hop artisti kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb (ondan əvvəl heç kim bu şərəfə laiq görülməyib).

“Shady Records”a üzv olmadan öncə ilk şərt Eminemlə “battle” etməkdir.

“8-ci mil” filminin saundtreklərini Eminem çəkilişlərdə fasilələr zamanı yazıb.


Kiçik Eminem ətrafdakılara fikir vermədən hər-hansı bir musiqini burnunun altında özü üçün oxuya bilərdi. “Burnunun altında danışmaq” vərdişi onda indiyə kimi qalır.

Eminemin Şotlandiyalı və Uelsli kökləri var.

Eminemin ölümü haqqında 5 dəfə yalan xəbərlər qeydə alınmışdı. Onlardan dördü avtomobil qəzası, biri isə yüksək dozada narkotikdən istifadə idi.

Marşal “Hörümçək-adam” filminin pərəstişkarıdır amma ən sevimli filmi – “Matris”dir.

Eminem də ailənin digər üzvləri kimi dini mənsubiyyət üzrə “Baptist”dir, lakin dindar deyil. Eminemin yoldaşı Kim katolikdir, oda dindar deyil.


Eminem eynək taxır, çünki gözündə zəiflik var.

Eminemin sevdiyi porno aktrisa – Janet Jacme’dir.

Eminem D12’nin ən yaşlı iştirakçısıdır.

Qohumları uşaqlıqda Eminemi “Mickey” deyə çağırırdılar, çünki onun çox böyük qulaqları var idi.

İlk səhnəyə çıxdığı konsert Detroytda “Run DMC”, “Big Daddy Kane” və “Queen Latifah”ın çıxışları zamanı olub.

Heçnəyə baxmayaraq, “Marşal”ın intihar istəyi əsassızdır. O, depressiyanı aradan qadırmaq üçün dərman qəbul edib, lakin dozası artıq oduğundan xoşagəlməz hallar baş vermişdir.

“Elton John” “Rocket Man” adlı mahnı yazıb və onu Eminemə həsr edib.

Eminemin rəqs etməyi sevdiyi mahnı: “Busta Rhymes – Put Your Hands Where My Eyes Can See”.


Eminemin sevimli içkisi – “Mountain Dew”.

“8-ci mil” filmindəki roluna görə 3 milyon dollar alıb.

Eminemin geyindiyi paltarın ölçüsü – XXL.

Eminemin bənövşəyi “FORD MUSTANG-2″ avtomobili hərracda 29 000 dollara satılıb.

“8-ci mil” filminə çəkilmək üçün Eminem, çəkisini 76.2 kiloqramdan 65.8 kiloqrama salmalı oldu.

Eminem və onun qızı Hailie’nin “Tigger” adlı pişiyi var.

Eminem qonşu uşaqlara öz həyətində basketbol oynamağa icazə verir.

Eminemin şəxsi tatu rəssamının adı “Mr.Cartoon”dur və o, Kaliforniyada yaşayır. Həmçinin o, “XZibit”, “Cypress Hill” kimi rep-artistlərə də tatu edir.

O daim müxtəlif lüğətlər oxuyur. Buna bir-neçə saat vaxt sərf edir. Bu üsulla o, qafiə üçün öz lüğət ehtiyatını genişləndirir.

Siz “My Dad’s Gone Crazy” trekində Hailie’nin səsini eşidə bilərsiniz (“Eminem Show” albomunun sonuncu treki). Eminem treki hazırladığı zaman qızı yanında idi və demişdi – “Somebody, Please Help Me”.

“Kiss” skitində (“Eminem Show”) arxa fondakı mahnı “Everyone’s Lookin’ At Me” adlanır. İlkin olaraq bu trek “The Wash” filminə saundtrek kimi nəzərdə tutulmuşdur.

Eminem “Oskar” aldığı zaman “Dr. Dre” və “Jimmi” səhnə arxasında idilər, hər ehtimala qarşı. Eminem mərasimə gəlməyə bilərdi.

Eminem “Lose Yourself” treki üçün 3 bəndi bir dəfəyə yazıb.

2000-ci ildə aldığı “Qremmi mükafatı”nın birini meneceri “Paul Rosenberg”ə hədiyyə etmişdir.

“Universal və Interscope” Eminemə “8-ci mil”in əsas mövzusu kimi “Cleanin out my Closet”i istifadə etməsini istəmişdilər. Lakin, Em bunun film üçün şəxsi bir şey olduğunu qərar verdi. Şirkətin nümayəndələri məyus oldular, çünki “Cleanin out my Closet” mahnısının çox gözəl olduğunu düşünürdülər və inanmırdılar ki, Eminem ona yaxın nəsə yaza bilsin. Onda Eminem “Lose Yourself”i yazdı.

Eminemin oxşarı var, adı – “Joe Pace”, yaşı isə 19-dur. O, “The Anger Management Tour”da Emlə birlikdə olmuşdur. Həmçinin, o Eminemlə “MTV Awards 2002″ və “Without Me” trekində çıxış etmişdir, hansında ki, “Joe” “Rap Boy” paltarını geyinmişdir. Amma, oxşarın əsas işi və məqsədi – bezdirici KİV’i yayındırmaq idi.

D12’nin iştirakçıları ilkin olaraq “Proof”un şöhrətə çatacağını düşünürdülər. Emin birinci olması hər kəs üçün gözlənilməz idi.

“Sten” klipi üçün rolu Em və Dre ilkin olaraq “Macaulay Culkin”i seçmişdilər. Sonra, Dre son qərarını verərək “Devon Sawa”nın olmasını istədi. Eminem yoxlanış videosu hazırladı, harda ki, Stenin necə oynanmasını göstərdi. Devon eynilə Em'in istədiklərini etdi.

Daim taxdığı platin bilərzik və üzükdə “DAD” yazılıb.

Em bacısının qızını övladlığa götürmüşdür.

Eminem avtomobildə “Ford” markasına üstünlük verir. Dostlarının dediyinə görə isə, o maşın sürməyi sevmir.

Şayiə gəzir ki, Em “LL Cool J” üçün mətnlər hazırlayıb (Canibus’un dissinə cavab üçün), Drenin, demək olarki, bütün treklərinin yazılmasında iştirak edib. Həmçinin “50 Cent” üçündə yazıb. Sonuncu özü deyibki, dəyişiklikləri Em ilə birlikdə edib, flow’nu daha yaxşı etmək üçün.

Dre ilk dəfə Eminemlə qarşılaşanda sponsoru tərəfindən verilmiş sarı rəngli idman paltarı geyinmişdi, çünki onun normal paltar almağa pulu yox idi.

Eminemin əsərlərini “Luis Presto” “Klassik Hip-Hop” adlandırmışdır, çünki o, instrumentləri minimal sempllə istifadə edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 19:16
    oxumadım hamısını düzü heç tanımıram kimdi.xəbər üçün təşəkkürlər.
  2. Jessica
    Eminem haqqında heç melumatım yox iydi çünki ele çox dinlemirem ancaq onun deye bileremki dinleyicisi heqqietende çoxdu meni bildiyim qederiyle burdada yazlıb dünya rekordunu qırdıqın bilmirdim Halaldı... her adam dünya rekordunı qırmaqı bacarmır
  3. Marshall Mathers
    Sitat: qanadsiz melek
    ellerinize sagliq duzu tanimiram ancaq neyse

    tanimirsan ama xeberi oxusaydin dimey olarki taniyardin bu ne adetdi sizde xeberi oxumadan rey yazmag
  4. Tina
    • Tina
    • 22 Eylül 2015 19:44
    ellerinize sagliq duzu tanimiram ancaq neyse
  5. allah bendesi
    melumat ucun tewekkurler.ele de boyuk qulaglari yoxdur ama)))
  6. BaBY..
    ` - Bunlari hec bilmirdim indi oxudum tewekkur)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.