Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..

21 Aralık 2015
4 892
1
Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..
Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..

Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..

Ədəbiyyat tarixinin ən məşhur şairlərindən biri olan Ömər Xəyyam, düz 884 il əvvəl 4 dekabr 1131-ci ildə həyata gözlərini yumdu.

Şair olmaqla bərabər, fəlsəfə, riyaziyyat və astronomiya kimi dəqiq elmlərlə də məşğul olan Xəyyam, müxtəlif elmi əsərlərin də müəllifidir. Hətta belə deyilir ki, fransız riyaziyyatçı Blaize Paskal’ın adıyla məşhurlaşan və məktəblərdə öyrədilən Pascal Üçbucağı anlayışını meydana gətirən da Ömər Xəyyam olmuşdur.

Xəyyam, yer üzünün ən qiymətli ədəbi əsərlərindən biri hesab edilən Rubailər’i qələmə alarkən dünya, yaradılış, Tanrı, dövlət kimi həyata və insana dair mövzular üzərində işləmiş, əsərlərində çox qiymətli fikirlər irəli sürmüşdür. Müasirlərindən fərqli olaraq, fikir yürütdüyü mövzularda daha mülayim və fərqli yanaşma göstərən Xəyyam bu fərqliliyi ilə istedadının üzərinə daha da istedad gətirmişdi.

Dövrünün ən üsyankar alimi olaraq da qəbul edilən Xəyyam, bu yönü ilə tarixdəki ilk bilinən müharibəyə qarşı olan aktivist olaraq xatırlanmaqdadır.

Dördlüklər ustası Ömər Xəyyamın şəxsiyyətindən də bölmələr təqdim etdiyi bu sətirlərində onun həyat fəlsəfəsini, ağılını, ruhunu tutmaq mümkündür …

Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..

Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqa səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq.

* * * * * * * *

Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim.
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba nə üçün cahana gəldim?!

* * * * * * * *

Könül, zəmanədən ehsan gözləmə,
Dövran gərdişindən səhman gözləmə.
Sən dərman axtarsan, artacaq dərdin,
Döz acı dərdinə, dərman gözləmə.

* * * * * * * *

Biz bir oyuncağıq, fələk oyunbaz,
Bu bir həqiqətdir, deyildir məcaz.
Vücud səhnəsində oynadıq, bir-bir
Ədəm sandığına girməsək olmaz.

* * * * * * * *

İnsana daima qəm verir fələk,
Bir qursa, birini dağıtsın gərək.
Dünyaya gəlməyən bilsə gələnlər,
Nə cəkir, gəlməkçün bəsləməz dilək.

* * * * * * * *

Sabahı bilən yox, olma pərişan,
Çalış, qəlbin dərddən olmasın şan-şan;
Şərab iç, ay üzlüm, ay işığında;
Çox gəzər, ay bizdən tapmaz bir nişan.

Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..

Xəyyamın hər namaz sonrası yazdığı şerlər:

Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..

1) Rindlərə xidmət et gəlsə əlindən, Orucu, namazı yox təməlində. Sən Ömər Xəyyamdan bərabər düz sözü Mey iç, inciməsin kimsə dilindən.

2) Məscidi, namazı, orucu burax, Dilənçi olsan da mey iç, kefə bax. Ey Xəyyam, oldunmu, bil, torpağından Gah qədəh düzələr, gah kuzə, bardaq.

3) Zahid, tənə vurma bizə sən müdam, Deyilik dünyada sənin kimi xam. Sənin istədiyin namaz təsbeh, Mənim sevdiyimi canan, bir də şüşə.

4) Bayram gəldi, artıq şadlıq, nəşə var. Gül üzlü saqiləri al şərab paylar. Bir yığın eşşəkdən bayram, namazla Oruc noxtasini dartıb çıxarar.

5) Yetməzmi bu məscid, bu oruc, namaz! Yolları meyxanaya, şərab iç bir az. Bir gün torpağından kuzə qayrılar, Ey Xəyyam, bu ömür əbədi qalmaz.

6) Ey yar, xərabatda eyləyək niyaz, Lazım deyil bizə ibadət, namaz Sənsən qiyamətim, həm də bu dünyam, İstər yandır məni, istər eylə raz.

7) Məscidə gəlsək də biz bir niyazçün, Lakin gəlməmişdik bura namazçün. Canamaz oğurladıq burdan, köhnəldi. Gəlmişik biz yeni bir canamazçün.


Ömər Xəyyam ölsə də,rübailəri əbədidir..


Pahoo.az

RƏYLƏR
allah bendesi
ellerinize sagliq gozel paylawim))
RƏY ƏLAVƏ ET