Fərrux Zakirov – 70 “Odlar Yurdu”

16 Nisan 2016
1 741
1
Fərrux Zakirov – 70 “Odlar Yurdu”
Fərrux Zakirov – 70 “Odlar Yurdu”

Salam, əziz istifadəçilər! Bu dəfə sizi, bəlkə də bir çoxlarınızın tanımadığı bir sənətkarla tanış edəcəyəm. O, məhz bu gün 70 illik Yubileyini qeyd edən özbək və sovet estrada müğənnisi, bəstəkar və aktyor, məşhur “Yalla” ansamblının (1976-cı ildən) bədii rəhbəri - Fərrux Kərim oğlu Zakirovdur. Müğənni, 7 respublika-dövlətin xalq artisti sayılır. Özbəkistanın Dövlət mükafatı laureatıdır. 2002-ci ilin mayından 2004-cü ilin iyul ayına kimi Özbəkistanın mədəniyyət nazirinin müavini olmuşdur.

Fərrux Zakirov, 16 aprel 1946-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə professional musiqiçilər ailəsində anadan olmuşdu. Atası – bariton opera müğənnisi Kərim Zakirov, Özbəkistan SSR-nin xalq artisti (1939) və Əlişir Nəvai adına Özbəkistan Dövlət opera və balet teatrının solisti, anası – Şahistə Səidova da həmçinin müğənni, xalq mahnılarının ifaçısı, Mukimi adına Daşkənd musiqili dram və komediya teatrının solisti idi. Onlar, Moskva konservatoriyasında təhsil alarkən tanış olmuş, sonra ailə qurmuşlar. Ailədə 5 oğul və 1 qız övladı vardı: Batır, Luiza, Nofəl, Cəmşid, Fərrux, Rövşən. Övladlar, aparıcı özbək artistlərinin və o dövrün müğənnilərinin tez-tez gəldiyi qonaqpərvər evdə boya-başa çatmışlar. Sənət və yaradıcılıq atmosferi ailədə övladlara erkən yaşlarından hopmuşdu. Bu şəkildə Daşkənddə Zakirovların musiqili-aktyorluq sülaləsi yaranmışdır. Qeyd etmək istərdim ki, Fərruxun qardaşlarından Batır (1985-ci ildə vəfat edib) və Cəmşid, həmçinin bacısı Luiza və bacısının qızı Nərgiz Zakirova da müğənnidirlər.

Nəticə olaraq, irəlidə təqdim edəcəyim köhnə və hətta deyərdim, yaddaşlardan daha çox Yubileyini qeyd edən böyük müğənninin səsi və əsərin müəllifi Eldar Mansurov olduğuna görə silinməyən klipdə, bir vaxtlar azacıq da olsa, ekranlarda görünən və sonra birdən yoxa çıxan Fatimə Abasquliyeva haqqında qısa məlumatı sizə ərz etmək istərdim. Fatimənin zəngin valideynlərinin qoyduğu böyük sərmayə ilə 2001-ci ildə milli gözəllik müsabiqəsinin qalibi, Azərbaycanın müstəqil ictimai musiqi mükafatı – “Qızıl mikrofon”un qalibi oldu. Hətta birdən birə iki nominasiya üzrə - “İlin müğənnisi” və “İlin debütü”.

Fərrux Zakirov – 70 “Odlar Yurdu”

Fərrux Zakirov – 70 “Odlar Yurdu”

Fərrux Zakirov – 70 “Odlar Yurdu”

Cəmi 7 ay ərzində oliqarx-valideynlər öz qızları üçün 6 klip çəkdilər, respublikada “Fatimə” adlı yeganə şou-balet, sonra isə “Yalla” qrupundan tanıdığımız məşhur Fərrux ilə rolik şəklində duet yaratdılar. O zamanlarda kompüter texnologiyalarından istifadə olunmaqla ölkədə ilk klipə görünməyən miqdarda (40000 dollar) xərc rekordu qoyulmuşdu. Ona hətta rus filmində çəkilmək üçün 100000 dollar həcmində qonorar təklif etmişdilər. Lakin, 2002-ci ildə müğənni hər şeyi kökündən vuraraq bir göz qırpımında Moskvaya getdi və aydındır ki, qısa müddətdə Şou-Biznes zirvəsindən aşağı endi.

Beləliklə, tanınmış səbəbkarın 70 yaşını sizinlə birlikdə səmimi qəlbdən təbrik edərək, bəstəkarı E.Mansurov, sözləri E.İmanov, operatoru K.Məmmədov, rejissoru Aqil M.Quliyev və aranjmançısı Y.Baxışa məxsus olan “Odlar Yurdu” klipinə tamaşa etmək üçün sizi böyük məmnuniyyətlə dəvət edirəm. Buyurun...


RƏYLƏR
  1. allah bendesi
    texnalogiyanin bu cur istifade olunan vaxtinda senetine davam etseydi indi daha yuksekliklerde ola bilerdi heyf((!!ne deyek tebrikler 100illiyini kecirmesi dileyi ile.teshekkurler paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.