Samsung galaxy note 7 lər niyə partlayır?

18 Ekim 2016
1 712
0
Samsung galaxy note 7 lər niyə partlayır?
Şirkət səbəbini rəsmi olaraq açıqlayıb.

Samsung,Galaxy Note 7 ilə öz tarixinin ən yaxşı modellərindən birini satışa çıxarmış olsa da böyük şansızlıq yaşadı. Satışa çıxmasından qısa müddət sonra dünyanın fərqli yerlərindən Galaxy Note 7'lərin partlama xəbərləri gəlməyə başladı.

Milyonlarla telefon satmasına baxmayaraq dünya üzrə sadəcə 35 ədəd telefonun partlamasına baxmayaraq koreyalı şirkət bütün telefonları geri çağıraraq 1 milyard dollara yaxın zərər etdi.

Artıq uzun müddətdir gündəmnən düşməyən bu hadisənin səbəbi nədi? Samsung UK ofisi bu barədə rəsmi açıqlama verib.

"Apardığımız araşdırmalara görə problemin batareya elementlərindən qaynaqlandığını müəyyən etdik. Anot və katotların çox nadir qarşılanan bir istehsal xətasında qarşılıqlı təsirə girərək batareyada isinməyə səbəb olduğunu gördük." deyə Samsung hər kəsi maraqlandıran problemi cavablandırır.

Şirkət bu problemin digər modellərdə olmadığını xüsusi olaraq vurğulayır.

Bu günə qədər partlayan Samsung Galaxy Note 7 modellərinin 17-i ABŞ, 17-i Cənubi Koreya, biri isə Taylandda olub. Analoji hal başqa ölkələrdə baş verməyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.