5-3D printerdə evlər çap ediləcək

16 Ekim 2016
1 157
0
5-3D printerdə evlər çap ediləcək
İtaliyanın "WASP" şirkəti bina və məişət əşyalarının tikintisi üçün beş "3D" printerdən ibarət dəstin tədarükü üzrə layihəni işə salıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, sistemin başlıca elementi "BigDeltaWasp" delta printeri olacaq. Qurğu ekstruder ilə 12 metr hündürlükdə inşaat meşələri şəklindədir və məsələn, torpaq və ya gil kimi təbii material obyektlərinin laylar üzrə "çapı" üçün nəzərdə tutulub. "Maker Economy Starter Kit" dəstinə, həmçinin mebeli "çap" edə bilən "DeltaWASP 3MT", "DeltaWASP 40 70" və "DeltaWASP 20 40" (interyer əşyaları), TopWASP DLP (xırda əşyalar) printerləri daxil ediləcək.

Komplekt hissə kimi ilk dörd printer gil ilə iş üçün "Clay Kit" başlığı ilə tədarük ediləcək. Hazır obyektlərin xüsusi dulusçu sobasında yandırılması nəzərdə tutulur. Əlavə alətlər sırasına kompressor, qaynaq dəsti, portativ tokar dəzgahı, şlifləmə maşını, eləcə də bioenergetik qurğu daxil ediləcək. Bütün dəstələrin tədarükü nəqliyyat konteynerləri ilə həyata keçiriləcək.

İstifadəçilərin rahatlığı üçün şirkət saytda dəstin istismarı üzrə dərslər dərc etmək niyyətindədir. Həmçinin "Maker Economy Starter Kit" vasitəsilə "çap edilən" evin layihəsini, o cümlədən ayrı-ayrı obyektlərin "3D" modellərini istifadəçilərin ixtiyarına vermək planlaşdırılır. Şirkətin planlarına görə, belə tikililər ekoloji təmiz və ümumistifadəli materiallardan yaradılan mikroməskunlaşmanın əsasını təşkil edərək ipoteka kreditləşməsinin alternativi olacaq.

Dəstin mümkün qiyməti və satışa başlama vaxtı barədə məlumat verilmir. Konseptin oktyabrın 14-16-da keçiriləcək "Maker Faire Rome" beynəlxalq yarmarkasında nümayişi nəzərdə tutulur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.