Bezdirici reklam mesajlarına son qoyulur

25 Ekim 2014
1 562
0
Bezdirici reklam mesajlarına son qoyulur
Bezdirici reklam mesajlarına son qoyulur

"İnsanların mobil telefonuna sms vasitəsilə gələn reklam xarakterli məlumatların qarşısı alınacaq.

Müqavilə olmadan heç bir şirkət, firma sms vasitəsilə bu şəkildə reklam apara və ticarətlə məşğul ola bilməz”.

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırlanmış "Reklam haqqında" qanunda bu məsələ ilə bağlı müddəa yer alıb.

"Son vaxtlar mobil telefonlara sms vasitəsilə reklam göndərilməsi çox geniş yayılıb və bu, insanların əsəblərinə toxunur. Bunun qarşısını almaq və ümumiyyətlə, əhalini reklamla bağlı narahat edən məsələlərin hamısı yeni qanun layihəsində öz həllini tapacaq. Telefonlara sms-lə reklam xarakterli məlumatların göndərilməsi, ticarət aparılması yalnız o halda mümkündür ki, həmin şirkətlə müqavilə bağlansın və o da öz reklamlarının abonentin telefonuna göndərsin”.

Artıq qanun layihəsinin gündəliyə salınması üçün qərar verildiyini və yaxın zamanda müzakirə aparılacağını deyən millət vəkilinin sözlərinə görə, layihə hazırlanarkən ictimaiyyətlə və Reklamçılar İttifaqi ilə geniş müzakirələr aparılıb, bununla bağlı müvafiq qurumlar öz rəylərini veriblər.

V. Əhmədovun sözlərinə görə, yeni qanun həm KİV, o cümlədən televiziya, həm də nəqliyyat vasitələrində reklamları tənzimləyəcək. Qanun layihəsində ilkin olaraq dilə üstünlük verilib. Belə ki, reklam yalnız Azərbaycan dilində olmalıdır. Əgər başqa dildə də verilməsi lazımdırsa, əvvəlcə öz dilimizdə yazılmalı, sonra başqa dillərə də tərcümə olunmalıdır. Qanun layihəsində reklamın harada və necə yerləşdirilməsi, o cümlədən, nəqliyyat vasitələrində reklam, reklamın verilmə qaydaları, bundan əlavə, gizli reklam, haqsız reklamlarla bağlı məsələlər də qanunla tənzimlənir.

"Yeni layihədə gizli reklamın qarşısı alınacaq. Reklamlar verilərkən vaxt məsələsi də həll olunacaq. Reklamlar verilərkən yaşın nəzərə alınması da vacibdir. Yetkinlik yaşına çatmayanlara dair təqdim olunan reklamlara dair tələblər sərtləşdirilir. Həmçinin reklamların üzərində 18+ simvolunun qoyulması təklif olunub. Hərbi sənaye komplekslərilə, silah-sursatla bağlı reklamlar qadağan olunacaq. Spirtli içkilər, tütün məmulatlarının yalnız gecə saatlarında, yəni saat 12:00-dan səhər saat 6:00-a qədər verilə bilər”.

Yeni qanun layihəsində avtomobil yollarında olan reklamlarla bağlı da bir sıra dəyişikliklər var. Belə ki, layihədə reklamların harada yerləşdirilməsi, hansı məsafədə olması müəyyən edilib. Nəqliyyat vastələrində təhlükəsizliyi təmin etmək üçün avtomobilin qabaq və arxa şüşələrinə reklamın vurulması tamilə qadağan edilib. Millət vəkilinin sözlərinə görə, artıq mədəniyyətimizə uyğun olmayan reklamlar yığışdırılacaq.

"İndiyə qədər reklamlara nəzarət mexanizmi olmayıb. Biz yeni layihədə ictimai nəzarət və dövlət nəzarəti ilə bağlı ayrı-ayrı maddələr əlavə eləmişik. Layihədə həmçinin reklama nəzarətin də necə həyata keçirilməsi qaydaları öz əksini tapıb”, - Vahid Əhmədov belə deyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.