Telefondan asıllığın əlamətləri
Xəstəliyin ikinci inkişaf mərhələsi də var. Hels tek qurucusu deyir: "İnsan özündə FOMO sindromunu yaşayır - nəyisə əldən vermək, vacib bir hadisəni və ya zəngi qaçırmaq qorxusu. İnsanın tənha qalma qorxusu da var, çünki sosial şəbəkələrdə mesajın, bəyənmələrin, emojilərin olması insanın tək olmadığığını göstərir. Bu halda bəzən insanın valideynləri ilə, həyat yoldaşı ilə və həmkarları ilə qarşılıqlı anlayışı olmur", - deyə ekspert nomofobiyanın ikinci mərhələsinin əlamətlərini sadalayıb. Bundan əlavə, bu xəstəliyə alüdə olmuş insanlarda eskapizm - telefonda yaşamaq və məşğulluq xəyalları qurmaq müşahidə edilir. Telefondan aslılıq, tez-tez baş ağrısı, qeyri-sabit təzyiq, artıq çəki artımı və stressə davamlılığın azalması kimi mənfi nəticələrə səbəb ola bilər. Digər asılılıqlar kimi bununlada mübarizə edilə bilər. Bunu etmək üçün lazımsız tətbiqetmələrdən və oyunlardan gələn bildirişləri söndürmək, yemək yeyərkən fikri smartfona yayındırmamaq, və telefonu köhnə fayl və tətbiqlərdən təmizləmək tövsiyə edilir.