Söylə kimsən mənim üçün?

25 Ocak 2015
1 584
0
Söylə kimsən mənim üçün?
Söylə kimsən mənim üçün?

Bir atəşsən ürəyimdə....

Yandırırsan alov kimi.....
Bir günəşsən ürəyimdə.....

İsidirsən sən nur kimi.....
Bir sirdaşsan ürəyimdə.....

Dərdlərimə sən çarəsən.....
Bir düşmənsən ürəyimdə....

Yeni-yeni dərdlər verən.....
Bir yarasan ürəyimdə.....

Zaman-zaman sızıldayan.....
Bir dərmansan ürəyimdə.....

Məni həyata bağlayan.....
Ürəyimi parçalayan....

Sənin eşqin, nifrətindir.....
Həyatımı dolaşdıran....

Düşüncəsiz sözlərindir......
Bir ürəksən ürəyimdə....

Onu hər an döyündürən....
Bir canisən ürəyimdə.....

Məni ölümə göndərən.....
Bir alimsən ürəyimdə....

Insanlara xeyir verən.....
Bir zalimsən ürəyimdə....

Qadınlara əzab verən.....
Bir uşaqsan ürəyimdə.....

Mənə oyunlar oynayan....
Bir ahılsan ürəyimdə.....

Mənə dünyanı anladan.....
Şeytanmısan mələkmisən....

Söylə kimsən mənim üçün?.....
Dostum, yoxsa düşmənimsən....

Söylə kimsən mənim üçün....?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.