Zamanə aparır bizləri hara?

24 Ocak 2015
5 604
0
Zamanə aparır bizləri hara?
Zamanə aparır bizləri hara?


Bunu düsünürəm mən gecə-gündüz.
Zamanə aparır bizləri hara?
Ağ gün istəyirik gələn sabahdan.
Səhər də inada açılır qara.

Zamanə aparır bizləri hara?


Zamanə aparır bizləri hara? Bilmirəm sözümə hardan baslayım.
Hansını söyləyim, hansını sayım?
Bir qışa dönübdür baharım, yayım.
Alışqın olmuşuq borana, qara.

Zamanə aparır bizləri hara?


Şeytanlar bizimlə oyun oynayır.
Biz nələr sayırıq, fələk ne sayır?
Asansa, gəl agı qaradan ayır.
Dəliyə dönürük biz dura-dura.

Zamanə aparır bizləri hara?


Zamanə aparır bizləri hara? "Üç quruş etməzlər" var, dəyər olub.
Aslanlar çaqqala baş əyər olub.
Alimlər cahilə "əl çalar" olub.
Nə oldu, kim saldı bizi bu tora?

Zamanə aparır bizləri hara?


Kasıblar varlıya olubdur möhtac.
Varlılar keyf edir, yazıq kasıb ac.
Baxırsan heç nəyə qalmayıb əlac.
Dərd-kədər qəlbində dönübdür qara.

Zamanə aparır bizləri hara?


Zamanə aparır bizləri hara? Varlılar yamanca özündən razı.
Hər zaman çox görüb, görməyib azı.
Acından ölənlər qılır namazı.
Varlılar şükr etmir Pərvərdigara.

Zamanə aparır bizləri hara?


Nə namus? Nə qeyrət? hər bir şey puldu.
Var üçün hər insan kölədi, quldu.
Baxırsan usaqdı, amma ki, duldu.
İsləmək adıyla düsübdür bara.

Zamanə aparır bizləri hara?


Zamanə aparır bizləri hara? Kişilik məktəbi bağlanıb indi.
Baxanda bilmirsən seytandı, cindi?
Bu hansı məhzəbdi, bu hansi dindi?
Oğlanlar oğlanla çatır vüsala.

Zamanə aparır bizləri hara?


Dünyanı tutubdur şeytanın izi.
Həyatlar olubdur serial, dizi.
Bəd şeytan salıbdır toruna bizi.
Qapanıb gedirik qara rüzgara.

Zamanə aparır bizləri hara?


Zamanə aparır bizləri hara? İnsanlıq olubdur dünyada qərib.
Şeytana bu izni görən kim verib?
İnsanın qəlbinə asanca girib
Günaha bürüyüb, soxur məzara,

Zamanə aparır bizləri hara?


Boş yerə özünü yorma ay Polat.
Özünə çox sual vermə ay Polat.
Baş götür qaç burdan, durma ay Polat.
Hardadır insanlıq, kisilik, ora.

Zamanə aparır bizləri hara?


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.