M. JabbarLıdan...

25 Ocak 2015
3 113
0
M. JabbarLıdan...
M. JabbarLıdan...

..bəzən çox sərt və qəddar ola bilirəm.ümumilikdə kin saxlamağı bacaran biriyəm..amma hərdən..bu günə qədər başqalarının arxasınca çox danışmışam.(nə qədər tərgitməyə çalışsam da alınmır) xarici gözəlliyə önəm verirəm ,düzdü,amma gözəl olmasa da sevdiyim insanlar çoxdu.özümdə sevmədiyim yüzlərlə şey var amma bildirməyə çalışmıram. hamının pislədiyi bir mahnı bəzən mənə çox xoş gəlir və günlərlə bezmədən onu dinləyirəm.valideynlərimi sevirəm amma hərdən məni başa düşmədiklərini düşünürəm.əsəbləşirəm və istəmədən qəlbini qırıram,amma başqa kimsə bunu etsə içimdən həmin insanı öldürmək gəlir.. hardansa yorğun və ac gələndə evdə sevmədiyim yeməyin bişdiyini gördüyüm zaman nələr hiss etdiyimi heç cürə ifadə edə bilmirəm,amma bilirəm ki,bu naşükürlükdür.. kiməsə uzun uzadı nəsə danışıram,mənə elə gəlir ki,bu onun diqqətini çəkir və sözümü bitirəndə tamam əlaqəsiz bir söz deyir və fikrimdə həmin insanı dəfələrlə baltalayıram.. hörmətsizlik etdiyim,görməzdən gəldiyim insanlar var,hə..amma bu mənə qarşı ediləndə dəli oluram. özümdə olan səhvləri çox zaman görmürəm. fərqində olsam da bilməməzliyə vurduğum çox şey var,məsələn. ümumi saysaq bərbad xüsusiyyətim,acı ifadələrim çox olub amma içdən içə özümü heç vaxt pis biri kimi görməmişəm..bəzən güzgüdə özümə baxıb çirkin olduğumu düşünüb depressiv ruh halına bürünsəm də dərinlərdə bir yerdə hər zaman özümü sevdiyimi bilmişəm.. insanların dar vəziyyətini görəndə dərin hüzn keçirirəm və bəzən gördüyüm acınacaqlı bir şəkil həftələrlə ağlımdan çıxmır. başqalarının fikrini önəmsəmirəm desəm də hər zaman bu fikir məni narahat edir.. nəticə etibarı ilə çox anormal xarakterim var amma bu günə qədər həyatımda heç kəsə şüurlu şəkildə pislik edib “quyusunu qazmamışam”.. çatışmamazlıqlarım çoxdur amma kim mükəmməldir ki həyatda? :)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.