Yad olan qollarda üşüyəcəyik

31 Ocak 2015
1 650
0
Yad olan qollarda üşüyəcəyik
Yad olan qollarda üşüyəcəyik


Ayırır bizləri hər keçən zaman,
Ayrı yuvalarda dərd çəkəcəyik.
Üzümüzü göz yaşı isitdiyi an,
Yad olan qollarda üşüyəcəyik.

Gülən gözlərimiz yaş gətirəcək,
Titrək əlimizlə gizləyəcəyik.
Gələn hər bir sevgi qış gətirəcək,
Yad olan qollarda üşüyəcəyik.


Küsülü də olduq, hicran dadmadıq,
Neçə payız gördük, yenə solmadıq.
Soyuq gecələrdə qaldıq, donmadıq,
Yad olan qollarda üşüyəcəyik.

Ikimiz bir şamıq, sapı sevgimiz,
Möhkəm də sarılsaq, əriyəcəyik.
Nə qədər isti də olsa, evimiz,
Yad olan qollarda üşüyəcəyik.


Oyuncağı alınmış bir uşaq kimi,
Özgəylə görərsək, kövrələcəyik.
Ünvanı səhv düşmüş çiçəklər kimi,
Yad olan qollarda üşüyəcəyik....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.