5 suala cavab verib ürəyinizin sağlamlığını yoxlayın - TEST

12 Ağustos 2016
3 739
0
5 suala cavab verib ürəyinizin sağlamlığını yoxlayın - TEST
Statistikaya əsasən, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında 1-ci yeri tutur.

Ürək-damar sistemi xəstəlikləri getdikcə cavanlaşır və əvvəllər əksər hallarda 50-60 yaşlarda inkişaf edən xəstəliklər, indi 30-40 yaşlı insanlarda inkişaf edir və çox ağır pozulmalara səbəb olur. Bu çox həyacanlı statistikadır.

Bir çox insanlar yalnız infarktdan sonra ürəyin sağlamlığı haqqında düşünməyə başlayır. Lakin ürək infarktdan çox-çox əvvəl həyacanlı siqnallar verməyə başlayır. İnsan bu siqnallara vaxtında fikir verməli və lazım olan tədbirlər görməlidir.

Beləliklə, ürəyinizin sağlam olub-olmadığını yoxlamaq istəyirsinizsə, bizim suallarımıza cavab verin. Əgər sualların əksər hissəsinə siz "hə" cavabı vermisinizsə, bu sizdə ürək fəaliyyətinin pozulmasından xəbər verə bilər. Vaxt itirmədən kardioloqun müayinəsindən keçin.

1. Ürək nahiyəsində ağrı və xoşagəlməz hisslər (sıxılma, arabir sancma ) sizi vaxtaşırı olaraq (xüsusilə fiziki aktivlik, həyacan zamanı) narahat edirmi?

2. Orta templə dayanmayaraq yaşadığınız binanın 3-cü-4-cü mərtəbəsinə qalxın. Siz dayanmağa və dincəlməyə məcbur oldunuzmu, sizdə təngnəfəslik əmələ gəldimi?

3. Belə hal sizə tanışdırmı - ürəyiniz gah tez-tez döyünür, çırpınır, gah da sanki dayanır?

4. Qollarda, döş nahiyəsində, aşağı çənədə bəzən keyimə hiss edirsinizmi?

5. Əllərinizdə və ayaqlarınızda şişkinlik olurmu?
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.