TEST: Ürəyinizin sağlamlığını yoxlayın

28 Ağustos 2015
1 954
4
TEST: Ürəyinizin sağlamlığını yoxlayın
TEST: Ürəyinizin sağlamlığını yoxlayın
Statistikaya əsasən, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında 1-ci yeri tutur. Ürək-damar sistemi xəstəlikləri getdikcə cavanlaşır və əvvəllər əksər hallarda 50-60 yaşlarda inkişaf edən xəstəliklər, indi 30-40 yaşlı insanlarda inkişaf edir və çox ağır pozulmalara səbəb olur. Bu çox həyacanlı statistikadır.

Bir çox insanlar yalnız infarktdan sonra ürəyin sağlamlığı haqqında düşünməyə başlayır. Lakin ürək infarktdan çox-çox əvvəl həyacanlı siqnallar verməyə başlayır. İnsan bu siqnallara vaxtında fikir verməli və lazım olan tədbirlər görməlidir.

Beləliklə, ürəyinizin sağlam olub-olmadığını yoxlamaq istəyirsinizsə, bizim suallarımıza cavab verin. Əgər sualların əksər hissəsinə siz “hə” cavabı vermisinizsə, bu sizdə ürək fəaliyyətinin pozulmasından xəbər verə bilər. Vaxt itirmədən kardioloqun müayinəsindən keçin.

1. Ürək nahiyəsində ağrı və xoşagəlməz hisslər (sıxılma, arabir sancma ) sizi vaxtaşırı olaraq (xüsusilə fiziki aktivlik, həyacan zamanı) narahat edirmi?

2. Orta templə dayanmayaraq yaşadığınız binanın 3-cü-4-cü mərtəbəsinə qalxın. Siz dayanmağa və dincəlməyə məcbur oldunuzmu, sizdə təngnəfəslik əmələ gəldimi?

3. Belə hal sizə tanışdırmı – ürəyiniz gah tez-tez döyünür, çırpınır, gah da sanki dayanır?

4. Qollarda, döş nahiyəsində, aşağı çənədə bəzən keyimə hiss edirsinizmi?

5. Əllərinizdə və ayaqlarınızda şişkinlik olurmu?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Nastinko
    Allah mənim bəlamı veribsə yazığ ürəyim neyləsin 5
  2. SEHRI
    • SEHRI
    • 28 Ağustos 2015 19:43
    Faydalı xəbərdi oxudum çox şükür elə bir problemlərim yoxdur.Allah hamıya can sağlığı versin. Xəbər üçün təşəkkürlər.
  3. Alone2016
    Ureyim ela işdiyir halal be urəyimə
  4. ALA GOZ
    laughing menim ureyim superdi_))))))))))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.